AzArEn
Fələstin Dövlətinin Səfirliyi
Azərbaycan

Konsulluq xidmətləri

Fələstinin Azərbaycandakı səfirliyinin konsulluq bölməsi aidiyyatı qurumlar tərəfindən çıxan konsulluq təlimatlarını qanun və qaydaların tətbiq edilməsini ardıcıl olaraq izləyir və bu 1963-cü il Vyana Konvensiyası konsulluq əlaqələrini əhatə edir. Bunlar aşağıdakılardır : - 
 
1- Fələstinin Azərbaycandakı səfirliyinin konsulluq bölməsi pasport və vətəndaşlıq problemləri ilə bağlı olan bütün işləri izləyir. Həmçinin qanun qaydalara uyğun olaraq vətəndaş haqları zabitinin vəziflərini icra edir. Habelə qonaq ölkədə fələstinli vətəndaşların mülklərinə tövsiyə ilə əlaqədar bütün tədbirlərin həyata keçirilməsi üzərində işləyir. Səfirliyin konsulluq bölməsi notarius vəzifələrini yerinə yetirir və vətəndaşın ehtiyac duyduğu istənilən vəsiqəni aidiyyatı təlimatlara, qanun və qaydalara zidd olmamaq şərtilə çıxarmağa köməklik göstərir. 
 
2-Azərbaycandakı Fələstin səfirliyinin konsulluq bölməsi Azərbaycandakı Fələstin vətəndaşlarının konsulluq qeydiyyatı işini aparır və qonaq ölkə barəsində göstərişləri, təlimatları, qanunları onlara izah edir. 
 
3- Azərbaycandakı Fələstin səfirliyinin konsulluq bölməsi azərbaycan qurumlarından çıxan sənədləri təsdiq etmək işlərini, həmçinin aidiyyatı qanun və qaydalara zidd olmadığına əmin olduqdan sonra Fələstindən gələn sənədlərin təsdiqini icra edir. Bu təsdiqlər bütün növ şəhadətnamələri, nigah və boşanma müqavilələrini, bütün növ etbarnamələri, vətəndaşlıq vəziyyətləri sənədlərini və digər sənədləri əhatə edir. 
 
4-Fələstin Dövlətinin Azərbaycandakı Fələstin səfirliyinin konsulluq bölməsinə öhdəlik verdiyi digər bütün vəzifələrlə məşğul olur və bu vəzifələr qonaq ölkənin qanun –qaydalarına zidd olmamalıdır və bu dövlət buna etiraz etməməlidir və ya qonaq dövlət və göndərilmiş dövlət arasındakı beynəlxalq müqavilələrdə mövcud olmalıdır. 
 

 

oxunub: 1620 dəfə

Contact Us

Caspian Plaza, C.Cabbarli St.44, Baku AZ1065
Phone: (+994 12) 436-74-26, (+994 12) 436-74-28
Fax: (+994 12) 436-74-27
Email: palembaz@gmail.com, azemb@mofa-gov.ps

www.embassyofpalestine.az © 2012-2017
In social networks