AzArEn
Fələstin Dövlətinin Səfirliyi
Azərbaycan

Coğrafiya

Sahəsi :

Tarixi Fələstinin ümumi sahəsi 27.009 kvadrat km-ə çatır. Lakin 1967-ci ildə işğal edilmiş ərazilərdə təklif edilən Fələstin Dövlətinin sahəsinə gəlincə (Qərb Sahili və Qəzza Zolağı) bu sahə 6209 kvadrat km-dir və aşağıdakı formada tarixi Fələstin sahəsinin 22.95%-ni təşkil edir . 

Qərb sahilinin sahəsi 5844 kvadrat km və Fələstin tarixi ərazisinin ümumi sahəsinin 21.6%-ni təşkil edir. 

Qəzza zolağının sahəsi 365 kvadrat km və Fələstin tarixi ərazisinin ümumi sahəsinin 1.35%-ni təşkil edir.  

Mövqeyi : 

Astronomik mövqeyi : Tarixi Fələstin şimaldan  29.30 - 33.15 en dairələri və  şərqdən 34.15 - 35.40 uzunluq xətləri arasında yerləşir. 

Coğrafi mövqeyi :  Tarixi Fələstin Asiya qitəsinin cənub qərbində, Aralıq dənizinin şərq sahilinin cənubunda, Qədim dünyanın ürəyində (Asiya , Afrika, Avropa) yerləşir.   Bu mövqe onu Asiyanı Afrika, Aralıq dənizi və Qırmızı dənizlə , bundan sonra hər iki ökean Atlantik və Hind okeanları ilə birləşdirən quru körpü edir. 

Fələstinin tarixi sərhədləri : 

Fələstin şimaldan Lİvan və Suriya ilə, qərbdən Aralıq dənizi? cənubdan Mİsir Ərəb Respublikası və Aqaba körfəzi ilə, şərqdən İordaniya ilə sərhədlənir. 

İsrailin 1967-ci ildə işğal etdiyi ərazilərdə təklif olunan Fələstin Dövlətinin sərhədləri: Bu ərazilər Qərb Sahili və Qəzza zolağıdır. 

Qərb sahili şimaldan , qərbdən və cənubdan İsraillə şərqdən isə İordaniya ilə sərhədlənir. 

Qəzza Zolağını isə qərbdən Aralıq dənizi , cənubdna Mİsir Ərəb Respublikası, şimaldan və şərqdən isə İsrail əhatə edir. 

Fələstinin iqlimi : 

Fələstinin iqlimi səth və mpvqe amilləri ilə təsirlənir və ümumilikdə Fələstin Aralıq dənizi iqlim regionunun tərkibindı yerləşir. Bu iqlim öz mülayimliyi ilə səciyyələnir, lakin onu fərqləndirən ən mühüm xüsusiyyət odur ki yayda quru isti olur, qışda isə yağışlı soyuq olur. 

Fələstində iqlim səthin zahirinin növbənövlüyü ilə seçilir və bu fərq istilik dərəcəsində əl-Ğur rayonunda 25 dərəcəyə , dağlıq regionlarda 15 dərəcəyə,  sahil regionlarda 20 dərəcəyə çatır. Yağışların miqdarı bir regiondan digərinə, ildən ilə fərqlənir. 

Lakin Fələstində çoxlu sayda mənbələr vardır ki onların sayı 860-a çatır və onlar dağ regionlarında və əl-Ğurda yayılmışdır. Lakin Fələstindı olan çayların çoxu qısadır və mövsümə görə axarlıdır. Ən mühüm çaylardan İordan çayını göstərmək olar ki, bu çayın uzunluğu 320 kilometrə çatır. Lakin çoxlu sayda qısa çaylar da vardır ki, dağ yüksəkliklərinin qərb ətəkləri ilə Aralıq dənizinə axıb tökülmək üçün axıb keçir, onlardan ən mühümü Muqatta çayı, əl-Qarn vadisi, əl-Zərqa çayı və əl-Əvca çayı. 

Fələstində su səthləri : 

Fələstin Aralıq dənizi sahilinə 224 km məsafədə və Aqaba körfəzinə 10.5 km məsafədə açılır. Orada Təbəriyyə gölü vardır ki, Fələstin daxilində yeganə olan su səthidir. Onun uzunluğu 21.5 , eni isə 12.3 km-dir.  

 

oxunub: 1541 dəfə

Contact Us

Caspian Plaza, C.Cabbarli St.44, Baku AZ1065
Phone: (+994 12) 436-74-26, (+994 12) 436-74-28
Fax: (+994 12) 436-74-27
Email: palembaz@gmail.com, azemb@mofa-gov.ps

www.embassyofpalestine.az © 2012-2017
In social networks