AzArEn
Fələstin Dövlətinin Səfirliyi
Azərbaycan

Azərbaycan və Fələstin əlaqələri

Fələstin Dövləti Prezidenti Mahmud Abbasın Azərbaycan Respublikasına tarixi səfəri

Fələstin Prezidenti Mahmud Abbas qardaşı Prezident İlham Əliyevdən Azərbaycan Respublikasına 2011-ci il iyun ayında tarixi dövlət səfərini həyata keçirmək üçün dəvət almışdır. O Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan Hökuməti tərəfindən böyük hərarətlə qarşılanmış bu görüş əsnasında qarşılıqlı maraq doğuran məsələlər və problemlər ətrafında məsləhətləşmələr aparılmış və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə edilmişdir. Habelə Prezident İlham Əliyev Azərbaycanın Fələstin xalqına sabit və qeyd şərtsiz dəstəyini ifadə etmiş və ən qısa zamanda paytaxtı Şərqi Qüds olmaqla suveren , müstəqil Fələstin Dövlətinin yaradılmasına çağırmışdır. Bu səfər hər iki ölkə arasında mövcud olan əlaqələrə əlavə təkan vermişdir belə ki, mədəniyyət , ticarət, kənd təsərrüfatı, universitet təhsili və s. kimi bir sıra sahələrdə qarşlıqlı əməkdaşlıq üçün işlər həyata keçirilir. 

​​

Prezident Mahmud Abbasın Azərbaycan Respublikasına rəsmi səfərinin videosu və mətbuat konfransı: 

https://www.youtube.com/watch?feature=player_embedded&v=iLjT7hRQuFI

https://www.youtube.com/watch?feature=player_embedded&v=wse6yO1FESs

Azərbaycan və Fələstini tarix, din, mədəniyyət olan çoxtərəfli qardaşlıq bağları birləşdirir. Bu sahələr hər iki xalq və rəsmi səviyyədə ikitərəfli əlaqələrə müsbət təsir göstərmişdir. Habelə Sovet Dövründən hər iki mərhum ümummilli lider Heydər Əliyev və Yasir Ərəfat arasında əlaqələr olmuşdur və bu əlaqələr Azərbaycan müstəqilliyini əldə etdikdən sonra daha da genişlənmiş və möhkəmlənmişdir.

1992-ci ildə Azərbaycan Respublikası və Fələstin Dövləti qarşılıqlı olaraq bir-birilərini tanımışlar. Bunun ardınca hər iki qardaş ölkə arasında diplomatik əlaqələr qurulmuşdur və Fələstin Diplomatik təmsilçiliyi Azərbaycanda 2011-ci il fevral ayına qədər akkreditə olunmuş səfir formasında həyata keçirilmişdir. Beləki Fələstin Dövlətinin paytaxt Bakıda səfirliyi Azərbaycana təyin edilmiş ilk Fövqəladə və Səlahiyyətli səfir olan Nasser Abdel Karemin 2010-cu il oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevə öz etimadnaməsini təqdim etdikdən sonra açılmışdır. 
 
Digər rəsmi səfərlər : 
 
Fələstin Xarici İşlər Naziri Azərbaycan Respublikasına səfər etmişdir. Səfər zamanı Nazir Azərbaycan Respublikasının Prezidenti Cənab / İlham Əliyevlə görüşmüş, görüş zamanı o, Cənab Prezident Mahmud Abbasın və fələstin xalqının salamlarını ona çatdırmış və Azərbaycan Hökümətinə Fələstin Dövləti və xalqına göstərdiyi öz prinsipial və sabit dəstəyinə görə təşəkkür etmişdir. 
Habelə Nazir öz azərbaycanlı həmkarı Cənab / Elmar Məmmədyarovla da görüşmüşdür, belə ki hər iki nazir ikitərəfli əlaqələr və bir çox sahələrdə bu əlaqələrin inkişaf etdirilməsi yolları, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında danışıqlar aparmışdır. Daha sonra hər iki nazir iki dövlət arasında siyasi məsləhətləşməyə dair anlaşma memorandumu imzalamış və görüş Azərbaycan Xarici İşlər Nazirliyinin binasında mətbuat konfransının keçirilməsi ilə sona çatmışdır. 
Həmçinin Cənab Nazir Azərbaycan Respublikasının Baş Naziri Cənab / Artur Rəsizadə ilə də görüş keçirmişdir, belə ki Baş Nazir Rəsizadə hər iki ölkəni birləşdirən tarixi əlaqələrin dərinliyini qeyd etmiş və Azərbaycanın bütün beynəlxalq dairələrdə və bütün səviyyələrdə fələstin siyasətinə daim dəstək verdiyini vurğulamışdır. Öz tərəfindən Cənab / Dr. Əl Maliki qeyd etmişdir ki, Fələstin daimi olaraq Azərbaycanın bütün regional və beynəlxalq səviyyələrdə oynadığı Fələstinə dəstək vermə rolunu yüksək qiymətləndirir. O Azərbaycanın fələstin xalqına verdiyi maliyyə yardımlarını yüksək qiymətləndirmişdir. Habelə Cənab Nazir Azərbaycan Respublikası Parlamentinin rəhbəri Cənab / Oktay Əsədovla da görüşmüş, sonuncu Azərbaycanın daimi olaraq Fələstinə iqtisadi və siyasi dəstək verməyə hazır olduğunu bildirmişdir. 
Habelə Cənab Nazir Azərbaycan Diplomatik Akademiyasının Rektoru Cənab / Hafiz Paşayevlə də görüş keçirmişdir və tərəflər qarşılıqlı maraq doğuran bir çox məsələləri, o cümlədən fələstin və azərbaycanlı tələbələr arasında akademik mübadilə məsələlərini müzakirə etmişlər. 
Daha sonra Nazir Azərbaycan Diplomatik Akademiyasında fələstin problemindəki ən son yeniliklər barədə mühazirə ilə çıxış etmişdir. Mühazirəyə Azərbaycanda mövcud olan çoxlu sayda xarici diplomatlar, ərəb səfirləri, yerli təşkilatların nümayəndələri və həmçinin Akademiyada ali təhsil alan çoxlu sayda tələbə təşrif buyurmuşdur. 
Cənab Nazir eyni zamanda Milli Məclisin də bir çox üzvlərinin iştirakı ilə Qafqaz Müsəlmanları İdarəsinin Rəhbəri / Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə də görüşmüşdür. Hər iki tərəf iki ölkəni birləşdirən ikitərəfli əlaqələrin mövcud olduğunu vurğulamışdır. Nazir Şeyxülislama Qüdsdəki islamın müqəddəs yerlərinin israil zorakılıqlarına məruz qaldığını qeyd etmiş və onu Məscidül Əqsada namaz qılmağa, Fələstinə səfər etməyə dəvət etmişdir.
 
 
Bakı Fələstin Dövlətinin paytaxtı Qüdsi –Şərif şəhərinə dəstək vermək və Fələstin Dövləti üçün təhlükəsizlik şəbəkəsi yaratmaq üçün İslam Əməkdaşlıq Təşkilatına (OIC) üzv dövlətlərin Xarici İşlər Nazirlərinin konfransına ev sahibliyi etmişdir. Belə ki, Azərbaycan Respublikası Qüdsi –Şərifə yardım məqsədilə 5 milyon dollar dəyərində qardaşlıq ianəsi təşkil etmişdir. Konfrans zamanı Cənab Prezident İlham Əliyev Fələstin Xarici İşlər Naziri Riyad Əl-Malikini qəbul etmiş və Azərbaycan və Fələstin arasında mövcud olan möhkəm qardaşlıq əlaqələrinə toxunmuş, Fələstin xalqının öz azadlıqlarını və müstəqilliklərini əldə etmək uğrunda Azərbaycanın sabit dəstəyini ifadə etmiş və hər iki ölkənin beynəlxalq təşkilatlar və dairələrdə bir-birinin yanında olmasını və həmrəy olmasını qeyd etmişdir. Habelə Fələstin Xarici İşlər Naziri Cənab Baş Nazir Artur Rəsizadə və Xarici İşlər Naziri Elmar Məmmədyarovla da görüşmüşdür, belə ki bu görüşlərdə qardaşlıq əlaqələrinin dərin olması və bu əlaqələrin bütün sahələrdə inkişaf yolları vurğulanmışdır. Habelə Nazir Riyad Əl-Maliki Azərbaycan Diplomatik Akademiyasına da səfər etmişdir, belə ki onu burada Akademiyanın rəhbəri və Xarici İşlər Nazirinin müavini Hafiz Paşayev qəbul etmiş və bu görüşdə Diplomatik Akademiya ilə Fələstin Diplomatiya müəssisələri arasında əməkdaşlıq razılaşdırılmışdır.
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov Fələstin Dövlətinə olan ilk tarixi rəsmi səfəri əsnasında Fələstin Baş Naziri Salam Fayyad və Fələstin Xarici İşlər Naziri Riyad Əl-Maliki ilə görüşmüşdür. Bu görüş hər iki xalq və ölkə arasında mövcud olan tarixi və qardaşlıq əlaqələrinin dərin olmasını təsdiqləyir. Belə ki ikitərəfli əlaqələr iki ölkə arasında artan inkişafın şahididir. Bu isə özü-özlüyündə paytaxtı Qüdsi Şərif olmaqla Fələstin Dövlətinin müstəqilliyi və suverenliyinə Azərbaycan Respublikasının prinsipial dəstəyini əks etdirir. 
 
 
 
 
 
 
 
 
 
Prezident Adminstrasiyasının Rəhbəri Cənab Hüseyn əl-Arac İslam Əməkdaşlıq Təşkilatı ölkələri Strateji Araşdırmalar Mərkəzinin 2-3 mart tarixlərində təşkil etdiyi 3-cü forumunda Fələstin Dövlətini təmsil edərək iştirak etmişdir. 
 
 
12-13 mart 2013-cü ildə Azərbaycan Respublikasında “Mülki müdafiə və cəmiyyətlərin qəza təhlükələrindən qorunmasına hazırlıq ” mövzusunda keçirilmiş beynəlxalq mülki müdafiə konfransında iştirak edən Fələstin Dövlətinin nümayəndə heyətinə Fələstin Mülki Müdafiəsinin Baş Direktoru Brigadier General Cənab Mahmud İsa başçılıq etmişdir. Belə ki o konfrans zamanı Azərbaycan Fövqəladə Hallar Naziri Cənab Kəmaləddin Heydərovla görüşmüşdür. Görüşdə hər iki nazir ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yollarına və qardaş Azərbaycan Respublikasının Fələstin Dövlətinə fələstin mülki müdafiə imkanlarını inkişaf etdirmək üçün edəcəyi mümkün kömək və dəstəyə toxunmuşdur.
 
 
Hesablama Palatasının baş direktoru Cənab Camal Əbu Bəkr 16-18 aprel tarixləri arasında Bakıda keçirilən dördüncü Eurosai /Arabosai konfransında iştirak edən fələstin nümayəndə heyətinə başçılıq etmişdir. Nümayəndə heyəti Fələstin Dövlətinin səfirliyinə baş çəkmiş və nümayəndə heyəti və Hesablama Palatası adından səfirliyə hədiyyə təqdim etmişdir.
 
 
 
23-26/4/2013 –cü ildə keçirilmiş İƏT-nın Əmək Nazirlərinin görüşü əsnasında Prezident İlham Əliyev Fələstin Dövlətinin Əmək Naziri Dr. Əhməd Məcdəlanini qəbul etmişdir. Görüşdə Prezident Azərbaycanın bütün müsəlman problemlərinin, o cümlədən fələstin probleminin yanında olduğunu və müxtəlif beynəlxalq dairələrdə bu problemə Azərbaycanın dəstəyini vurğuladı. 
Əmək Naziri Dr. Macdalani Prezident Mahmud Abbasın (Əbu Məzin) salamlarını çatdırdı və müxtəlif beynəlxalq dairələrdə fələstin probleminə Azərbaycan Hökumətinin verdiyi davamlı dəstəyə və xüsusilə keçən noyabr ayında fələstin tərəfinə öz səsini verməsinə görə və eyni zamanda Azərbaycanın İslam Dövlətləri Konfransını qonaq etmək üçün gələn iyun ayında Bakıda keçiriləcək hazırlığına görə təşəkkürünü bildirdi. Bu konfransda İslam Aman şəbəkəsinin Fələstin Dövlətinə yardımı nəzərdə tutulur.
 
“Vafa” fələstin xəbərlər agentliyinin rəhbəri Cənab / Riyad Əl-Həsən 1 noyabrda Bakıda keçirilmiş Beynəlxalq Hümanitar Forumda iştirak etmişdir. O Azərbaycan xəbər agentliyi “Azərtac”-ın rəhbəri Cənab / Aslan Aslanovla görüşmüş və ikitərəfli görüşdə hər iki agentlik arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yolları məsələsinə toxunulmuşdur. Cənab / Riyad Əl-Həsən Fələstin Dövlətinin səfirliynə də baş çəkmişdir, belə ki o səfir və səfirliyin heyəti ilə görüşmüşdür və səfirlikdəki işlərin gedişatı ilə tanış olmuşdur. 
 
Fələstin Sosial İşlər Naziri Dr. Kamal əl-Şərafi və onu müşayiət edən nümayəndə heyəti Bakıda 11-12 noyabr tarixlərində keçirilmiş Uşaq Məsələləri üzrə Məsul Nazirlərin IV İslam Konfransında iştirak etmişdir. Konfrans əsnasında o Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Cənab / Səlim Müslümov və Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Xanım / Hicran Hüseynova ilə görüşmüşdür. Görüş əsnasında ikitərəfli əlaqələr və bu əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə edilmişdir. Bundan başqa Fələstin Dövlətinin Azərbaycan Respublikasının ümumiyyətlə sosial məsələlərdə və xüsusilə də uşaq məsələlərindəki təcrübəsindən necə istifadə etmək yollarına toxunulmuşdur. Nazirin başçılığı ilə nümayəndə heyəti Fələstin Dövlətinin Bakıdakı səfirliyinə də baş çəkmişdir və səfirlikdəki işlərin gedişatı ilə tanış olmuşdur.
 
Fələstin tərəfindən Cənab / Riyad Al Hassan və azərbaycan tərəfdən Cənab / Aslan Aslanov Bakıda (WAFA) Fələstin Xəbərlər Agentliyi və (Azərtac) Azərbaycan Dövlət Teleqraf Agentliyi arasında informasiya mübadiləsi və əməkdaşlığa dair anlaşma memorandumu imzalamışdır.
 
 
Fələstin nümayəndə heyəti 02/12/2013-cü il tarixdə Bakıda keçirilən YUNESKO-nun qeyri-maddi irsinə həsr olunmuş konfransında iştirak etmişdir.
 
 
Fələstin nümayəndə heyəti may 2013-cü il tarixdə Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq konfransında iştirak etmişdir. 
 
 
__________________________________________________________

MÖVZU ÜZRƏ XƏBƏRLƏR

 

oxunub: 4056 dəfə

Contact Us

Caspian Plaza, C.Cabbarli St.44, Baku AZ1065
Phone: (+994 12) 436-74-26, (+994 12) 436-74-28
Fax: (+994 12) 436-74-27
Email: palembaz@gmail.com, azemb@mofa-gov.ps

www.embassyofpalestine.az © 2012-2017
In social networks