AzArEn
Fələstin Dövlətinin Səfirliyi
Azərbaycan

Mədəniyyət

Fələstin milli yeməkləri

 

Bir çox dünya xalqlarının yeməkləri bir-birinə bənzəyir. Lakin bəzi xalqlar vardır ki, onlar öz xörək və içkilərini hazırlamaq üçün yeni üsullar yaratmışdır. Bəzi elementlər ona əlavə edilmiş və digər xalqların yeməklərindən onları fərqləndirmişdir. Fələstin şəhərlərini bir-birinə bağlayan məşhur yeməklər : 

Misal üçün sizə məhdudiyyətsiz bəzi Fələstin yeməklərini təqdim edirik : 

- Məftul : 

Bu Fələstin milli yeməyidir və qış günlərində yeyilir. Yeməyin tarixi eramızdan əvvəlki əsrlərə gedib çıxır. Həmçinin bu yemək bir çox dövlətlərə də yayılmışdır. 

Yeməkdə Fələstində "səmid" (ağ un) adlandırılan ədviyyatdan istifadə edilir. Bu üyüdülmüş buğda və ya buğda ununun da əlavə edildiyi qarabaşaq yarmasıdır ki, onlar da kiçik kürə şəklində olurlar və çölnoxudu bitkisinin dənələrinə bənzəyirlər. Kürə şəkilli məftullar köz üzərində ətin suyu, qarışıq göyərtilərlə birlikdə xüsusi tavalarda bişirilir. 

Məftul yeməyinin tərkibi : 

Soğan, duz, ədviyyat, qara istiot, zeytun yağı, ət, noxud, pomidor salçası, qoz və cəfəri. 

- Fələstin Al Musaxxanası :

 

Al Musaxxan milli yeməkdir və toyuqla örtülmüş tabun çörəyi, qızarmış soğan, sumaq və zeytun yağından ibarətdir.  Al Musaxxan yeməyi tarixi yeməkdir və onu Fələstinlilər qədim əsrlərdən bəri icad etmişlər. Bu yeməklə birgə frike supu da təqdim olunur.  

- Fələstin Al Munsəfi 

Al Munsəf Fələstin və İordaniya milli irsinin bir hissəsi hesab olunur və qonaqları qarşılama və bayram tədbirlərində təqdim olunur. 

Al Munsəf yeməyini yemək üçün bu ənənələr irsən nəsillərdən nəsillərə keçmişdir, belə ki dəvət edilən qrup Al Munsif ətrafında toplanır, sol əllərini kürəklərinin arxasına qoyur və yeməyi yalnız sağ əlləri ilə qaşıqdan istifadə etmədən yeyirdilər. 

Al Munsifin tərkibi : 

Qoyun əti, qatıq, düyü. qızardılmış badam, şam, bəzək üçün cəfəri, ədviyyatlar, kərə yağı. 

- Al Maqlubə : 

Al Maqlubə Fələstində çox məhşur yeməklərdəndir. Asan hazırlandığı və tez bişdiyi üçün evdar qadınlar bu yeməyi üstün tuturlar. Bu yeməklə Aralıq dənizi sahilindəki sakinlər məşhurlaşmışdır. Onlar öz yeməklərində balıq ovuna istinad edirdilər. Belə ki o, "Sayadiyyə", yəni "balıq məqlubəsi" adlanırdı. 

 

 

oxunub: 5034 dəfə

Contact Us

Caspian Plaza, C.Cabbarli St.44, Baku AZ1065
Phone: (+994 12) 436-74-26, (+994 12) 436-74-28
Fax: (+994 12) 436-74-27
Email: palembaz@gmail.com, azemb@mofa-gov.ps

www.embassyofpalestine.az © 2012-2017
In social networks