AzArEn
Fələstin Dövlətinin Səfirliyi
Azərbaycan

Fələstin tarixdən öncə


Fələstin miladdan öncə

İnsan varlığı izləri Təbəriyyə gölünün cənub regionunda tapılmışdır, bu təxminən miladdan öncə 600 min ilə gedib çıxır. Yeni daş dövründə (m. ə. 10000 – m.ə. 5000) sabit kənd təsərrüfatı icmaları yaradılmışdır. Eneolitdən (m. ə. 5000 – m.ə. 3000) Əriha divarında , Yeddi quyuda , Ölü dənizdə mis və daş alətlər tapılmışdır. Kənanilər Ərəb Yarımadasından Fələstinə m.ə. 3300 - m.ə. 2700 illərdə gəlmişlər. Bunun ardınca bura Kənani torpağı kimi tanınmışdır. Təxminən m. ə. 1250-ci ildə dəniz insanları (fələstinlilər) öz mülklərini saldıqları sahil boyunca məskunlaşdılar. (hansı ki, sonralar Fələstin tanınması üçün xoş əlamət idi) və daxili yüksəklik regionlarında yayılmış kənani məmlukları ilə evlənərək ticari əlaqələr qurdular. Bu dövrdən təxminən az sonra əl-Abiro (Bəni İsrail) fələstinlilər və kənanilərlə müharibələrdən sonra miladdan əvvəl 1000-ci ilə qədər Ərihadan başlayaraq Kənani ölkəsinin hissələrini istila etdi. Bu vaxt Davud Qüds əhalisi yəbusilərlə (kənanilərin bir qolu) müharibədən sonra Qüds şəhərinə nəzarət etməyə başladı.   
M. ə. 965 – 928-ci illərdə məlik Süleyman Qüdsdə heykəl qoymuşdur. M.ə. 928-ci ildə Bəni İsrail dövləti İsrail və Yəhuda məmləkətlərinə bölünmüşdür və m.ə. 721-ci ildə bu məmluklar bütövlükdə Fələstinin tarixi ərazilərinə nəzarət edə bilmədilər, belə ki , ümumi olaraq sahil regionu onların nəzarətindən kənarda qaldı. Assuriyalılar İsrail məmləkətini ələ keçirmişlər və m.ə. 586-cı ildə babillilər Nabuxaz Nəsrin rəhbərliyi ilə Yahudanı məğlub etmiş və oranın əhalisi Babilistana axışmış və heykəl sökülmüşdür. M. ə. 539-cu ildə farslar Babilistanı ələ keçirmiş və bəzi yəhudilərə geri qayıtmağa icazə vermişlər və ikinci heykəl tikilir. M. ə. 333-cu ildə Böyük İskəndər fars ölkəsini ələ keçirir və Fələstini yunan hakimiyyəti altına salır. M.ə. təxminən 323-cü ildə onun ölümü ilə misir ptolomeyləri və suriya səlcuqları Fələstin üzərində hökmranlıqda bir-birilərini əvəz edirlər. Səlcuqlar ellin (yunan) mədəniyyətini və dinini zorla qəbul etdirməyə çalışdılar. Lakin m.ə. 165-ci ildə yəhudi tarixinə görə makkabilər Suriya hakimi səlcuq Antyuxis İbifans üzərində inqilab edir və müstəqil yəhudi dövlətinin yaradılmasına davam edilir. M.ə. 63-cü ildə Fələstin Roma İmperiyasına birləşir.            

 

Fələstin Roma və Bizans zamanı

Roma hakimi Böyük Pompey m. ə. 63-cü ildə Fələstinə hökmranlıq etdi və ondan yəhudi məliklərinin hökmranlıq etdiyi roma mahalı yaratdı. Miladın 70-ci ilində Roma İmperatoru Titus Fələstində yəhudi inqilabını yatırtdı , Qüdsü yerlə -yeksan etdi və məbədini dağıtdı. Miladın 132-135-ci illərində digər bir yəhudi inqilabının ardınca İmperator Hadriyan Qüdsün dağıntıları üzərində yeni bir bütpərəstlik şəhəri inşa etdi, onun adını Koloniya İliya Kapitaliya adı ilə adlandırdı və yəhudilərin ora daxil olmasını qadağan etdi. Hadriyanın dövrü başa çatdıqdan sonra Qüdsdə yaşayan xristianların sayı fasiləsiz olaraq artdı. İmperator birinci Konstantin xristian dinini qəbul etməklə və anası kraliça Hilana miladın 320-cü ilində Qüdsü ziyarət etməklə xristian Qüds və Fələstinin vəziyyəti öz bütpərəstlik vəziyyətinə qalib gəlməyə başladı. Qaytantin özü qiyamət kilsəsi tikdi və öz xələflərindən daha gərgin çalışdı, xüsusilə Cistinyan Fələstində ən çox kilsələr və xristian abidələr tikən birisi idi. Bizanslar yəhudilərə yalnız ildə bir gün məbədin yerində hələ də qalmaqda olan daş yaxınlığında ağlamaq üçün Qüdsə daxil olmağa icazə verdilər.           

Samilər 

Misirdə və İraqda aparılan qədim araşdırmalara görə samilər Fələstin ərazisində ən qədim tanınmış xalqdır. Miladdan öncə 4-cü minillikdən bəri onlar Aralıq Dənizinin şərq sahillərində yaşayırdılar. İslam baxışına görə samilər əslində samdan, Nuh əleyhissalamın böyük oğlundan törəyən qəbilələrdir. Dəqiqdir ki, qədim əslən fələstin əhalisinin hamısı ərəb idilər. Ərəb yarımadasını bürüyən quruluğun ardınca oradan köçmüşlər. Onlar yeni vətənləri “Kənan” da Peyğəmbər Musa və ardıcıllarının zühurundan 2 min əvvəl yaşamışlar.  

Kənanilər 

Təsdiqlənmiş mənbələrə görə məşhur kənani əmirliyinin hicrəti ərəb yarımadasından miladdan öncə 3-cü miniliyyin yarısında baş vermişdir. Lakin bəzi tədqiqatçılar o nəticəyə gəlirlər ki, kənanilər 3-cü minilliyin başlanğıcından etibarən ölkədə bərqərar olmuşlar. Onlar qədim misir araşdırmalarına istinad edirlər. 
Digər tədqiqatçılar bundan da uzağa gedirlər. Belə ki onlar göstərirlər ki, kənanilərin mövcud olması miladdan əvvəl 7 min il öncəyə gedib çıxır. Bu onların qədim şəhərlərində olan qədim abidələr vasitəsilə izah edilir. O şəhərlərdən ən qədimi Əriha şəhəridir ki, bu günümüzə qədər bu şəhər qalmışdır və dünyada ən qədim şəhər hesab edilir. Əgər zamanın əvvəlibndəki qiymətləndirmələr kənanilərin mövcud olması haqda fikir irəli sürsə bunda qətiyyən heç bir ixtilaf yoxdur. Onlar həqiqətən regionda tarixən ilk məskunlaşmış tanınmış xalq olmuşlar və ilk olaraq Fələstin ərazisində mədəniyyətin əsasını qoymuşlar. 
İvrit yazılarında rast gəlinir ki, kənanilər ölkənin əsl əhalisidirlər. Tövratda qeyd olunduğu kimi onlar əmirlik xalqıdır. 
Günümüzə qədər qalan ən qədim kənani şəhərləri : 
Əriha , Əşdud (Əsdud) , Akra , Qəzza , Məcdəl, Yafa , Aşkelon , Beyt Şan və orada olan şəhərlər və kəndlərdən çoxusu günümüzə qədər qalmış çoxusu isə silinb getmişdir. Şəkim kənanilərin paytaxtı olmuşdur. 
Kənanilər kənd təsərrüfatı , sənaye ilə şöhrət tapmışlar və onlar metallurgiya , keramika, şüşə, parça , paltar sənayelərində habelə inşaat sənətində mahir idilər. Musiqi vəv ədəbiyyat kənani sivilizasiyasında piramidanın başında gəlirdi, beləki sami xalqı kənanilərin məşğul olduğu kimi musiqi və incəsənətlə məşğul olmamışlar. Onlar öz musiqi əlamətlərinin çoxusunu Qədim Yaxın Şərqdə məskunlaşmış müxtəlif xalqlardan iqtibas etmişlər. Bu ona görə idi ki, kənani ibadəti ənənəsi mahnının istifadə edilməsini tələb edirdi. Beləcə onların mahnıları və musiqi alətləri bütün orta yerlərdə yayıldı. 
Mədəniyyətin ünvanının ədəbiyyat və incəsənət olması barədə mübahisə edən yoxdur. Həqiqətən(Brosted) kimi böyük tarixçilər yəhudilərin oraya daxil olduğu gün çiçəklənmiş kənani şəhərlərini təsvir edərkən deyir ki, bu şəhərlərdə rahat evlər var idi və orada sənaye , ticarət, yazı, məbədlər və həmçinin yəhudilərin tez bir zamanda iqtibas etdikləri mədəniyyət var idi. Onlar evlərin tikintisində çadırlarını qoyub getmişlər. Habelə onlar səhrada geydikləri dəriləri çıxarmışlar. Onlar al əlvan rəngli yundan paltar geyirdilər. Bir müddət sonra kənanilər və yəhudilər arasında olan kişi xarici görünüşə görə fərqlənmirdi və dəniz tərəfdən fələstinlilər və İordaniya istiqamətindən israillilər daxil olduqdan sonra kənani ərazisi 3 millət arasında  paylandı və yalnız kənanilər tək özləri ölkəni idarə etmədilər, lakin kənani dili ölkədə hakim dil olaraq qaldı. 
Erkən yazılmış tarixdən bəri , yəni 5000 min ildən bəri Fələstin 1917-ci ilə qədər Britaniya Mandatlığına qədər tanınmamışdır. 
Yalnız üç dil var idi : 
İlk olaraq kənani, arami ikinci – bu o dil idi ki, İsa Məsih bu dildə danışırdı, - üçüncü ərəb dili. 
M.ə. -1200 m.ə. 2000 
Miladdan öncə ikinci minilliyin başlanğıcında şəhərlər inkişaf etməyə başladı, bu şəhərlərdə memarlığın , qəbristanlıqların yeni-yeni tərzləri, keramika və silahların yeni növləri meydana gəldi. Bu mərhələ Qədim Şərqin əksər regionları ilə inkişaf etmiş siyasi, ticari əlaqələrlə fərqləndi, xüsusilə Misir, Şam ölkələri, Suriyanın şimalı və Şərqi Anadolu. 
Habelə bu dövr keramikanın inkişaf etmiş sənayesi ilə fərqlənmişdir, belə ki gil maddəsinin seçilməsi, onun qarışdırılması və müxtəlif yaraşıqlı qab-qacaq növləri istehsal etmək üçün sürətli təkər üzərində idarə edilməsi. 
Bu dövr Şam ölkələrinin tam yarısının 18-ci və 19-cu ailələrin hökmranlığı dövründə misir tərəfindən hökmranlığı ilə səciyyələnir. Bu hökmranlıq dövründə Hiksos krallarından sonuncusu təxminən (m.ə.1567-ci ildə) vəfat etmişdir və təxminən (m.ə.1480-ci ildə) Üçüncü Təhtəmis Şam ölkələrinə həmlələr etmişdir. Bundan əlavə böyük miqdarda əyilmiş su kütlələri ilə sıxılmış laylarla bərkidilmiş Hiksosa aid güclü istehkamlar yoxa çıxmışdır. 
Bu dövrdə narahatçılığın olması müşahidə edilmişdir və bu vəziyyət Fələstin üzərində hakimlik etmişdir. Habelə Orta və Cənub regionlarından 18-ci ailənin başlaması ilə yəni Hiksosun Misirdən qovulmasından sonra və onların Fələstinin cənubunda Şaruhinə qədər izləməsindən sonra görünür. Qeyd edilməlidir ki, 3-cü Təhtəmisin dövründən bəri burada təfsilatlı mətnlər vardır və o cümlədən Şam tərəfdən məlik Maciddu və məlik Qadişin rəhbərlik etdiyi kəskin Maciddu döyüşü ilə bağlı olan mətnlər. Hər iki məlikə məlik Əl- Mitani dəstək vermişdir. Bu ittifaqda təxminən 120 şəhər iştirak etmişdir və onların adları 3-cü Təhtəmisin topoqrafik cədvəllərinin birində çəkilmişdir. Bu mətnlər naxışlar formasında iynələrin üzərində olmuşdur. Bu iynələr Memfis və Karak şəhərlərində bərkidilmişdir : (m.ə. Məmluklar dövrü ( Dəmir dövrü 550-1200 )
Həmin vaxt fələstinlilər özlərini Misir Hakimiyyətinin Fələstin üzırində qanuni xəlifələri hesab edirdilər və onlar Fələstinin əksər hissələrinə hakimlik edirdilər. Lakin çox vaxt göstərilir ki, onlar fələstin sahili sakinləri idilər, belə ki onlar Qəzza, Aşkelon, Asdud, Aqir, Təl əl-Safi və bir çox digər bu kimi şəhərlərin əsasını qoymuşlar. 
Habelə yerli kənani təsirləri müxtəlif fələstinlilərə Dacun və Aştrot kimi onların ilahilərinin adları ilə üzə çıxmışdır. Fələstin sahili sakinlərində dini həyat kənani əsilli idi. Həmçinin dini binalar ən mühümü, kənani məbədləri kimi inşa edilən Təl əl – Qəsilədəki bir-birini izləyən silsilə məbədlər idi. Onların üzərində misir təsirləri də var idi.   

Fars İmperatorluğu 

M.ə. 330 : Fars İmperatorluğu və Makedoniyalı İskəndər dövrü 550. 
İmperatorluq “Daryus” , “Qambiz” , “Kurş” olan ilk məliklərin hərəkəti ilə Aşurun varisi hesab olunur. Bu imperatorluq qərbdə Egey dənizindən, Şərqdə Hind sərhədlərinə, Misirin cənubundan Qara dənizə və şimalda Qafqaz dağlarına uzanıb gedirdi. O vaxtlar Dariyus İmperatorluğu 20 vilayətə bölmüşdür və hər bir vilayətin bir valisi var idi. Fələstin beşinci vilayətin bir hissəsi idi və o arami adı ilə “Çayı keçmə” , yəni “Çayın arxasındakı” adı ilə tanınmışdır. Bu o demək idi ki, Fərat çayı bütün Şam ölkələrini əhatə edirdi, o cümlədən Suriya , Finikiya, Kipr. 
M.ə. 63-330
Makedoniyalı İskəndər m.ə. 334-cü ildə Yunanıstandan Kiçik Asiyaya gələrək dənizi keçdi və ilk qələbəsini qazandı. Elə həmin il Ğranikus Kilikiya döyüşündə Aysusda farslar üzərində fars hökmdarı üzərində qələbə qazandı. Daha sonra Şam ölkələri sahillərinə, cənuba doğru istiqamətləndi. Onun istəyi Aralıq Dənizinin şərqində farslara aid olan Mirinados dəniz donanmasını dağıtmaq idi. Tarus dağlarını keçdi və Mariyandus şəhərini təmir etdirdi və o hazırki İskəndəriyyə şəhəridir. O bir qrup ordusunu Dəməşqə göndərdi və oranı işğal etdi. Daha sonra o Şam sahilinə irəlilədi və m.ə. 332-ci ilin payızında oranı ələ keçirdi. Onun vəfatından sonra imperatorluq hakimiyyət zamanı bir sıra daxili münaqişlər və müharibələr dövrü keçirdi. Bu iki dövlətin Şam ölkələrində səlcuqların və Misirdə Ptolomeylərin yaradılmasına gətirib çıxardı. 
M.ə. 175-ci ildə Fələstində səlcuqlara qarşı makkabilər müharibəsi baş qaldırdı və bu müharibə 40 il davam etdi və haşmoni ailəsinin qiyamı ilə başa çatdı “Pompey” m.ə. 63-cü ildə Qüdsü işğal edərkən ona son qoydu. Fələstin o vaxt digər Şam ölkələrində olduğu kimi Roma dövlətinin bir hissəsinə çevrildi.  

 

Roma dövrü

M.ə. ikinci əsrin başlanğıcından bəri romalılar səlcuq dövlətinin işlərinə müdaxilə etməyə başladılar. Bu onların daxil olan xarici müharibələrin ardınca üzləşdiyi zəiflik və gücsüzlük səbəbi ilə baş verdi. Onlar 3-cü Antyuxis üzərində m.ə. 190-cı ildə Fiğniziya döyüşündə qələbə qazandı. Tarixçilər qeyd edir ki, roma ordusu başda rəhbər Pompey olmaqla m.ə. 63-cü ildə şiddətli döyüş və mühasirədən sonra Beytul Müqəddəsə daxil oldu. Şəhər çoxlu sayda əhalisini itirdi. Fələstin və Qərbi Suriya Roma vilayəti hesab edildi. “Sakavurus” orada ilk vali təyin edildi. M.ə. 57-ci ildə “Ğabinyus” Suriya vilayətini ələ keçirdi. Beytul Müqəddəs rayonuna idari sistem yenidən qayıtdı. Daha sonra m.ə. 54-cü ildə “Krasus” Suriyaya vali təyin edildi. O, o vaxt hakimiyyəti böyük bir dövlətdə bölmək üçün tanınan üçlük ittifaqının üzvü idi. Onlar “Pompey , Kayzer  və Krasus” idilər. Sonra Pompey və Kayzer arasında ixtilaf yarandı və Yuliyus Kayzeri xaincəsinə öldürdü. Ona sui-qəsd edənlərdən biri “Kasiyus” m.ə. 42-44-cü illərdə Suriyaya vali təyin edildi və m.ə. 42-ci ildə Antoniyus və Aktafiyus Yuliyus Kayzerin qətl hadisəsində qələbə qazandı. Daha sonra “Hirudis” Fələstin və Beytul Müqəddəs regionuna məlik təyin olundu və onun hökmranlıq müddəti m.ə. 4-37-ci illərə qədər davam etdi. Hirudis vəfat etdikdən sonra vəsiyyət etdi ki, (Antbiyas) Fələstinin böyük hissəsində olsun. Bu m.ə. 4- cü ildən miladın 39-cu ilinə qədər davam etdi. Qeyd olunur ki, Təbəriyyə onun paytaxtı qəbul edildi. Miladın 41-ci ilində Fələstin bütünlüklə Roma Vilayətinə çevrildi. 

 

Xristianlığın meydana gəlməsi

Məsih Əleyhissalam m.ə. 4-cü ildə Beytul Ləhmdə anadan olmuşdur. Bu müddət 3 dövrə bölünmüşdür :
(Birinci dövr birbaşa olaraq Məsihi izləmiş və Rəsul əsri adlandırlır. Miladi 30-95)
İkinci dövr bir əsrə qədər uzanır. Birinci əsrin sonundan ikinci əsrin axırlarına qədər.
Üçüncü isə Roma İmperatoru Konstantinin müqəddəs anası Hilanadan miladi 312-ci ildə xristianlığı qəbul etməsi ilə başa çatır.
Miladi 3-cü əsrin 2-ci yarısında iki əmir “Əzinə” və ondan sonra arvadı “Zənubiya” vasitəsilə Romaya qarşı daxili inqilab başladı. “Ourelina” ya imkan verildi ki, miladi 272-ci ildə bu cəhdə məhdudiyyət qoysun. Bu dağıtmaq hesabına idi. Miladi 395-ci ildə Roma İmperatorluğu 2 hissəyə bölündü. Şərqi və Qərbi. Habelə “Siyudisyus” övladlarından birinə iddia olunur ki, bu “Arkadiyus” dur Şərqi hissəni miras qoydu. Ona müstəqil bir hakim olmağı məsləhət gördü və miladi 395-408-ci illərdə əmrləri öhdəsinə götürdü. O 2-ci oğluna (Hinuriyus) qərb hissəni miras qoydu, həmçinin 395-423-cü illərdə müstəqil olaraq onu idarə etdi. Konstantindən sonra miladi 527-ci ilə qədər hakimiyyəti təqribən 17 imperator ələ aldı. Onların arasında 4-ü taxt-tacı zorla ələ almışdı.
Qeyd olunur ki, İkinci “Gistinyan Yustinus” miladi 565-578-ci illərdə, İkinci Tibariyus 578-582-ci illərdə, Moriyus 582-602-ci illərdə, Fukas 602-610-cu illərdə və Herkel 610-641-ci illərdə bizans taxt-tacını ələ keçirdi. Bizanslar və sasanilər arasında müharibələr gah şiddətlənir, gah da sakitləşirdi. İki dövlət arasında çoxlu sayda sülh sazişləri və müqavilələri bağlanırdı ki, müharibələr aradan qaldırılsın və bir daha iki ölkə arasında müharibələr başlamasın. Miladi 610-622-ci illərdə farslar romalılar üzərinə hücuma keçdilər və onlara həmlə etməkdə qalib gəldilər. Miladi 614-cü ildə Antakiya, Dəməşq, Beytul Müqəddəsi qarət etdilər. “Əbruyiz” müqəddəs xaçı ələ keçirdi. Digər hadisələrlə bərabər müharibə davam edirdi. İki dövləti zəiflətdilər, lakin onlar sasani dövlətini süquta yetirən ərəblərin qarşısında dayana bilmədilər. Misiri və Şam ölkələrini bizanslardan geri aldılar və həlledici döyüş hicrinin 15-ci ilində miladi 636-cı ildə Yermuk döyüşü oldu.

 

 

 

 

 

oxunub: 2068 dəfə

Contact Us

Caspian Plaza, C.Cabbarli St.44, Baku AZ1065
Phone: (+994 12) 436-74-26, (+994 12) 436-74-28
Fax: (+994 12) 436-74-27
Email: palembaz@gmail.com, azemb@mofa-gov.ps

www.embassyofpalestine.az © 2012-2017
In social networks