AzArEn
Fələstin Dövlətinin Səfirliyi
Azərbaycan

Sülh danışıqları

Sülh danışıqları

İlk inqilabın ardınca problemin həllinə beynəlxalq tərəflərin himayəsi ilə danışıqlar vasitəsilə cəhdlər başladı. Müxtəlif tərəfli Madrid danışıqları başladı, hansı ki, İordaniyanı, Suriyanı, Livanı, Fələstin və İsraili əhatə etdi. Onun ardınca Oslo və Vaşinqton danışıqları başladı ki , Oslo müqaviləsi ilə ayrıldı.  

 

Fələstin Milli Hakimiyyəti

Fələstin Muxtariyyətinin qurulması 1994-cü ildə Qəzzada Qərb sahilinin müəyyən regionlarında məhdud idi. Bu bəzi fələstinlilərin hüquqlarının geri qaytarılmasının başlanğıcı idi. 1996-cı ildə prezident seçkiləri keçirildi, bu seçkidə Yasir Ərəfat yeganə rəqibi Səmihə Xəlilə qalib gəldi. 1997-ci ildə Fələstin Azadlıq Təşkilatı və İsrail arasında razılıq əldə olundu ki, bu razılıq Xəlil razılığı adı ilə adlandırıldı. Razılığa görə İsrail qüvvələri fələstinlilərin yaşadıqları regionlardan geri çəkilməli və qədim qəsəbədə və ora aparıb çıxaran yollardakı digər regionlar israil nəzarəti altında qalmalı idi.    

 

2000-ci il Fələstin İnqilabı (Əqsa inqilabı)

Əqsa inqilabının başlanması 28/9/2000-ci il tarixdə Ariyel Şaronun mübarək Əqsa məscidinin yerlərindən birinə daxil olmasına qarşı xalqın reaksiyası idi. 2002-ci il iyun ayında İsrail Hökuməti Qərb sahilinin daxilində ayrıca bir divar tikməyə başladı. Bu divarı tikməklə söylədi ki, məqsəd öz vətəndaşlarını terror hücumlarından qorumaq və onların təhlükəsizliyini təmin etməkdir. Divarın tikilməsi Qərb sahili regionları arasında Hərəkatın müəyyən edilməsinə gətirib çıxardı. Habelə Hərəkat divarın arxasında bağlı yerlər və mühasirəyə alınmış yerlər yaratmaqla məhdudlaşdırdı ki, fələstinli sakinlər oraya gedib çata bilməsinlər, yalnız xüsusi icazə ilə getsinlər. Həmçinin minlərlə fələstinli divarın arxasında mühasirədə idilər, bundan əlavə Qərb sahili ərazilərinin 10%-dən çoxu qazanılmışdı. 2005-ci il 9 yanvarda mərhum prezident Yasir Ərəfatın vəfatından sonra Cənab Mahmud Abbas Fələstin Milli Hakimiyyətinin Prezidenti vəzifəsinə seçildi. O, ümumi keçirilmiş prezident seçkilərində səslərin böyük hissəsini qazandı. 2006-cı ildə Qəzza zolağı və Qərb sahilində ikinci qanuni seçkilər keçirildi. Seçkilər Fələstin Qanunverici Şurasında Həmas hərəkatının çoxluğunun uğur qazanması ilə nəticələndi.

 

 

 

oxunub: 1397 dəfə

Contact Us

Caspian Plaza, C.Cabbarli St.44, Baku AZ1065
Phone: (+994 12) 436-74-26, (+994 12) 436-74-28
Fax: (+994 12) 436-74-27
Email: palembaz@gmail.com, azemb@mofa-gov.ps

www.embassyofpalestine.az © 2012-2017
In social networks