AzArEn
Fələstin Dövlətinin Səfirliyi
Azərbaycan

Viza

Fələstinə vizanın əldə edilməsi keyfiyyəti: - 
 
Azərbaycandakı Fələstin səfirliyi hamınızı Fələstin Dövlətinin paytaxtı Qüdsi Şərifdə üç səmavi dinin beşiyi olan Fələstin Dövlətinə, Qiyamət kilsəsinə, Məhd kilsəsinə və Fələstinin bütün hər tərəfinə səfər etmək üçün salamlayır. 
Bildirmək istəyirik ki, azərbaycanlı baci və qardaşlarımızın Fələstinə səfər etməsi üçün viza çıxarılmasına ehtiyac yoxdur, onu da bilmək vacibdir ki, Fələstinə daxil olmaq üçün bütün beynəlxalq keçidlərə İsrail işğalçı qüvvəsi nəzarət edir. 
Azərbaycana vizanın əldə edilməsi keyfiyyəti
Azərbaycan səfirlikləri əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş, təhsil, turizm , şəxsi səfər, mədəniyyət, idman və yaxud hümanitar məqsədlər üçün adi daxil olma və keçid vizaları (tranzit) çıxarır. 
 
Azərbaycana adi daxil olma vizasının iki növü vardır : - 
 
1- Yalnız bir dəfə giriş və çıxış vizası , vizanın müddəti 3 gündən 3 aya qədərdir. 
2-Bir neçə dəfə giriş və çıxış vizası , vizanın müddəti bir ildən 2 ilə qədərdir. Ancaq keçid vizalarına gəldikdə isə (tranzit) bu viza bir və ya bir neçə dəfə vardır. Bu viza Azərbaycan ərazisində 3-cü ölkəyə keçmək (tranzit) üçün səfər edən əcnəbilərə verilir. Bu vizaların sahibləri Azərbaycan Respublikasında beş gündən artıq olmayan bir müddətdə qalmaq imkanına malikdirlər. 
Tələbələrə gəlincə onlar Azərbaycan universitetlərinin hər hansı birindən gələn dəvət əsasında viza əldə etmək imkanına malikdirlər. 
Fələstin dövlətinin vətəndaşları Azərbaycan Respublikasına Azərbaycan Respublikasının İordaniya Haşimi Krallığındakı səfirliyi kimi Fələstinə qonşu dövlətlərdən hər hansı birindən viza əldə edə bilərlər. 
Səfirliyin web saytı :  http://www.azembassyjo.org
Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyi 
Səfirliyin web saytı : http://www.azembassy.org.eg 
 

 

oxunub: 2683 dəfə

Contact Us

Caspian Plaza, C.Cabbarli St.44, Baku AZ1065
Phone: (+994 12) 436-74-26, (+994 12) 436-74-28
Fax: (+994 12) 436-74-27
Email: palembaz@gmail.com, azemb@mofa-gov.ps

www.embassyofpalestine.az © 2012-2017
In social networks