AzArEn
Fələstin Dövlətinin Səfirliyi
Azərbaycan

İslam fəthi

Fələstin İslam və Raşidi Xəlifələr dövrünün başlanğıcında

7-ci əsrdə İslamın zühurundan əvvəl Fələstində xristianlar və Fələstinin cənub şərqində yaşayan ərəb əhalisi (onlardan çoxusu da həmçinin xristian idi) arasında birləşmə baş verdi. Peyğəmbər (S.Ə.S.) və onun tərəfdarları namazın qibləsi kimi Qüdsə istiqamətlənirdilər. İslam rəvayəti Peyğəmbərin müqəddəs Məkkədən Qüdsə gecə səyahət etməsini və oradan səmaya qalxmasını rəvayət edir. Acnadin döyüşündən və müsəlmanların bu döyüşdə qələbə qazanmasından sonra müsəlmanlar Fələstin ərazilərinə hökmranlıq etməyə başladılar. Müsəlman ərəblər Qüdsü bizanslardan milad təqvimi ilə 637-ci ildə ələ keçirdilər və Xəlifə Ömər ibn Əl-Xəttab bu şəhərə öz hörmət və ehtiramını ifadə etdi ki o özü şəhəri təslim alsın. Şəhərin əhalisi ilə yaxşı ədalət və mərhəmətlə rəftar etdi və onlar üçün əmin-amanlıq vəsiqəsi yazdı, sonralar bu vəsiqə ümrə məsuliyyəti kimi bilindi. Burada onların özlərinə, mallarına, kilsələrinə və xaçlarına əmin –amanlıq verdi. Oradan çıxan və orada qalan hər kəs əmin-aman idi. Bütün bunlara Xalid ibn əl- Vəlid , Əbdur-Rəhman ibn əl-Avf , Əmr ibn əl-As , Müaviyə ibn Əbu Süfyan şahid oldu. Ser Valim Finz Cerald artıq etiraf etmişdir : “Fütuhatların təəssüfedici tarixində Qüdsün fəthinə qədər bu heç vaxt baş verməmişdir və o vaxtdan nadir hadisədir.” Fateh Ömərin Qüdsə bəslədiyi həmin səxavətli hissləri bəsləmişdir. Qüdsə verilən ilk ərəb adı Beytul Haramın eynisi kimi Beytul Müqəddəs idi. Fələstin Bizans Vilayəti o vaxtdan Fələstin əsgərlərinin adı ilə adlandırılan ərəb, hərbi, adminstrativ vilayət oldu.  

Fələstin Əməvilər dövrü

Fələstinin 3 səmavi dinlər arasında dini əhəmiyyəti vardır. İslam , xristian, yəhudi. Öz tarixi boyunca Səlib müharibələri kimi üzərində din əlaməti olan bəzi münaqişələrlə üzləşmişdir. Habelə bəziləri ərəb-israil münaqişəsinə dini ölçü verir. Xristian imanına görə Fələstin xristianlarda müqəddəs diyar adlandırılır. Burada Yəsu Məsih və elçiləri doğulub yaşamışdır və müasir dövrdə və qədim dövrdə adı çəkilən əksər hadisələr burada baş vermişdir. Xristian irsinə görə İncil Yəhuda və Cəlildən başlamışdır, yəni Fələstinin şimalından və mərkəzindən bütün dünyaya yayılmışdır. Ona görə də Fələstin xristianlar üçün bir çox müqəddəs məkanları əhatə edir və onların da başında Beyt əl-Ləhm, Masqat Ras ul Məsih, habelə Kənisətul Məhd, Mədinət əl-Nasirə gəlir. Belə ki bakirə Məryəm İsa Məsihi müqəddəs ruhdan dünyaya gətirməklə sevinc xəbərini aldı. İsa Məsih ailəsi Beyt Ləhmdən və Qüds şəhərindən yaxud ənənəvi xristian adı ilə adlanan Yerusəlimdən qayıtdıqdan sonra boya başa çatdı. Belə ki Məsih Yəhuda əhalisini, öz ardıcıllarını dəvət etdi ki, o ağrılar yolunda son addımlarını atır. Sonra çarmıxa çəkilib dəfn edildi. Xristianlar İsa Məsihin qəbrinin şəhərdəki qiyamət kilsəsində olmasına inanırlar. Həmçinin xristianlar Cəlildə, xüsusilə Təbəriyyə gölü ətrafında və İordaniya çayı sahilində olan müxtəlif məkanları müqəddəsləşdirirlər. Habelə xristianlar qədim dövrdə həmçinin müsəlman və yəhudilərin də müqəddəsləşdirdiyi Xəlildə və digər yerlərdə Əl Haram Əl-Qüdsi , Əl-Haram Əl-İbrahimi kimi adı çəkilən bəzi yerləri müqəddəsləşdirirlər. Fələstində xristianlıq əvvəldən müxtəlif istiqamətlərlə təsirlənmişdir. Miladi birinci əsrdən bəri müqəddəs ərazilərdə çoxlu sayda müxtəlif xristian tayfalar bir-biriləri ilə birgə yaşamışlar və Fələstində xristianlığın mövcud olması bu günümüzə qədər kəsilməmişdir. Qüdsdəki qiyamət kilsəsi dünyada olan ən mühüm kilsələrdən biridir. Minlərlə xrisitian hər il Fələstinə, Beyt əl-Ləhmə , Qüdsə , Nasirəyə gəlirlər.   

Abbasilər zamanı Fələstin 

Abbasilər Bağdadı özləri üçün paytaxt qəbul etdilər. Abbasilər Xilafəti yarandığı əsr dövründə öz nüfuz və sultanlığının ən yüksək zirvəsinə çatdı. Daha sonra İmperatorluq ərazilərinin çoxu adı abbasi xilafətinin valilərindən olan hakimlərin nəzarəti altına düşdü. Fələstini miladi 9-cu əsrin sonundan 10-cu əsrin sonlarında səlib yürüşlərinə dək olan müddətdə müsəlman hakimlər idarə etməyə başladılar və onlar Qahirədən bir bina götürdülər. Oraya Abbasilərdən iki xəlifə baş çəkdi. Mənsur onlardan birincisi idi və o Abbasi xəlifələrindən ikincisi idi. O Qüdsə iki dəfə getdi və zəlzələ səbəbi ilə şəhərin üzləşdiyi tələfatı düzəltmək üçün əmr verdi. Ancaq 2-ci Xəlifə Mehdi idi. O üçüncü Abbasi xəlifəsi idi. O Qüdsə xüsusi olaraq Məscidul Əqsada namaz qılmaq üçün baş çəkdi. Abbasi xəlifələrindən 7-cisi Məmun Qübbət əl-Səhra məscidində o zamanlar Suriyada xəlifənin nümayəndəsi olan qardaşı və xələfi Motasimin rəhbərliyi altında böyük təmir işləri aparmaq üçün əmr verdi.       

Fələstin xaç yürüşləri və ona qarşı həmlələr dövrü

Fələstinə Ərəb və İslam hökmranlığı ardıcıllığı səlibin qəsb hərəkəti ilə və miladi 1099 -1187-ci illərdə Latın Qüds Məmləkətinin yaradılması ilə kəsildi. Lakin səliblərə qarşı Səlahəddin Əyyubi və onun xəlifələrinin rəhbərliyi ilə olan həmlələr 1291-ci ilə qədər davam etdi. Belə ki, müsəlmanlar Qəysəriyyə və Akkada olan son səlib qalalarını geri aldılar. Səliblər Qüdsə daxil olduqdan sonra minlərlə silahsız müsəlman uşaqlara, qadınlara, kişilərə əzab verdilər , onları yandırdılar. Az sayda yəhudi əhalisi öz məbədlərinə sığındı. Həmin vaxtda bir sıra müharibələr başladı. Müsəlman rəhbərlər Fələstini azad etməyə çalışdılar , o cümlədən vəzir əl-Əfzəl əl-Fatiminin cəhdi idi ki, bu cəhd uğursuz oldu.     

Fələstin Məmluklar dövründə

Məmluklar onlar idilər ki, səlibləri Fələstindən çıxardılar və onlar Çingiz xanın nəvəsi Hülakünün rəhbərliyi ilə monqollar üzərində qələbə qazandılar. Onların hökmranlıq müddəti 1260-cl ildən osmanlıların 1517-ci ildə Misiri fəth edənə qədər davam etmişdir. Onun adı Fələstin hakimiyyəti altnda “Fələstin əsgərləri” olaraq qaldı və 6 qəzaya bölündü: 1. Qəzza, 2. Əl-Ləd, 3. Qaqun , 4. Qüds, 5.Əl-Xəlil , 6. Nablus. Təxminən 1517-ci ildə Osmanlılar məmlulklar üzərində qələbə çaldılar və 1516-cı ildə Osmanlı Dövləti Fələstin üzərində hökmranlıq etdi. Konstantinopol oraya yerli hakim təyin etdi. Ölkə 5 regiona bölündü ki bu regionlar sancaqlar adlanırdı. Qüds sancağı, Qəzza, Safad, Nablus və əl-Lucun. Hakimiyyət yerli əhalinin əllərində uzun həddə idi. 1537-ci ildə Süleyman Qanuninin vasitəçiliyi ilə Qüdsdə infrastruktura yenidən bərpa olundu. Fələstinin müxtəlif hissələri və ümumiyyətlə Şam ölkələri Osmanlı Dövləti vaxtında müxtəlif ailələrin nəzarəti altına düşdü və dostluq və düşmənçilik mərkəzi dövlətdə gedib gəldi. Zahir əl-Ömər müraciət edir ki, 1831-1840-cı illərdə Misirin hakimi Məhəmməd Əli öz nüfuzunu Fələstin və Livan üzərində artırdı. Onun siyasəti feodal sistemini düzəltməyə gətirib çıxardı. Kənd təsərrüfatı artdı, təhsil yaxşılaşdı. Osmanlı İmperiyası 1840-cı ildə öz nüfuzunu Fələstin üzərində yenidən bərpa etdi. Fələstin Osmanlı hakimiyyəti altında 1917-1918-ci ilin qışına qədər, yəni Birinci Dünya Müharibəsinə qədər qaldı. Ondan sonra Sayks Piko və digər bu kimi müqaviləyə uyğun olaraq İraq və Şam regionlarına bölündü.

 

Fələstin və Sionist qəsbkarlığı və Birinci Dünya Müharibəsi

19-cu əsrin 80-ci illərində Avropada xüsusilə onun şərqində milli hissin inkişafı sionizm bülluruna gətirib çıxardı. 19-cu əsrin sonlarında sionist qərarı Fələstini əsl əhalinin mövcudluğunu , onların istəklərini nəzərə almadan işğal edib, onu yəhudi dövlətinə çevirmək idi. Fələstin tarixində yeni dövr başlatmağa səbəb olaraq fələstin problemi adı ilə adlandırıldı. Yeni gələnlərin düşüncəsi əsasən vətəndaş fikri idi. Elə sionist hərəkatı əsasən vətəndaş hərəkatı idi. Tyodor Hertzel varlı yəhudiləri sionist düşüncəsinə dəstək verməyə vadar etməyə başladı. Elə həmin əsnada ölkə Sayks Piko müqaviləsinə görə parçalandı. 2 noyabr 1917-ci ildə Balfur Fələstində yəhudi dövlətini yaratmağa mərhəmət gözü ilə baxan vədi verdi. Ona görə aydın şəkildə başa düşsünlər ki, Fələstində indi yaşayan qeyri yəhudi tayfaların yararlandıqları dini və vətəndaşlıq hüquqlarının naqis olması bir iş gətirməyəcək. Fələstinlilərin reaksiyaları 1919-cu ildə Balfur vədinə etiraz olaraq ilk fələstin milli konfransı çağırmaq oldu.   

 

 

 

 

 

                

 

 

oxunub: 1866 dəfə

Contact Us

Caspian Plaza, C.Cabbarli St.44, Baku AZ1065
Phone: (+994 12) 436-74-26, (+994 12) 436-74-28
Fax: (+994 12) 436-74-27
Email: palembaz@gmail.com, azemb@mofa-gov.ps

www.embassyofpalestine.az © 2012-2017
In social networks