AzArEn
Fələstin Dövlətinin Səfirliyi
Azərbaycan

Britaniya mandatlığı 1967-ci il məğlubiyyətinə qədər

Britaniya mandatlığı

1920-ci ildə San Remo konfransı çağırıldı, belə ki bu britaniya mandatı altında Fələstinin vəziyyətini müəyyən edirdi. 1922-ci ildə Fələstin üzərində mandatlıq Millətlər Liqası tərəfindən Britaniyaya verildi. Ərəblərin etiraz dalğası başlandı və ərəblər və yəhudi köçmənlər arasında zorakılıq əməlləri get-gedə artdı. 1929-cu il avqust ayında 133 yəhudi və 116 ərəbin qətlə yetirilməsi ilə nəticələnən toqquşma başladı.  

1936-cı il böyük inqilab

Hadisələr Fələstində İzzəddin əl-Qisamın qətlə yetirilməsindən sonra tədricən qalxdı. Fərhan əl- Səidi ondan sonra Fələstində britaniya və yəhudi karvanlarına silahlı hücumlar təşkil etməyə davam etdi və britaniya qüvvələri onu həbs etdi. 1936-cı il 15 apreldə fələstinlilər bir qrup sionist yəhudilərlə  Nablus yolunda – Tulkaram toqquşdu. Üç fələstinli qətlə yetirildi. Növbəti gecə fələstinlilər Tah Takfada məskən yaxınlığında qətlə yetirildilər. Növbəti gün Yafa və Təl Əvivdə ərəblər və yəhudilər arasında toqquşmalar baş verdi və üş yəhudi öldürüldü. Yafa və Təl Əvivdə komendant sistemi tətbiq edildi və fövqəladə vəziyyət elan edildi. 

Bir qrup inqilabçılarla lider Abdel Rahim əl-Hac Məhəmməd

Ümumi tətil və inqilabın elan edilməsi

1936-cı il aprel ayının 20-də Nablus şəhərində milli komitə yaradıldı və komitə ölkəni qurumların öz siyasətlərini əvəzləmək üçün davamlı ümumi tətilə çağırdı. Ölkə bu çağırışa cavab verdi və tətil həyatın müxtəlif sahələrini əhatə etdi. 25 apreldə partiyalar Əl Hac Əmin əl-Hüseyninin və üzv nümayəndələrin rəhbərliyi ilə Ali Ərəb Komitəsini təşkil etmək üçün razılaşdı. Bu komitə hökumətin öz siyasətini tam olaraq dəyişənə və Fələstinə yəhudi köçünü dayandırana, ərazilərin yəhudilərə verilməsini qadağan edənə və əvəzedici milli hökumət yaradılana qədər tətilə davam etməyə çağırdı. Nümayişlər fələstin şəhərlərini əhatə etdi və toqquşmalar baş verdi. 8 mayda Ali Komitələrdən gələn dəvətlə milli komitələrin konfransı çağırıldı. Bu komitələr tətilə davam etməyi və 15 maydan etibarən vergiləri ödəməkdən imtina etməklə vətəndaş üsyanını elan etməyi qərara aldı. Silahlı müqavimət alovlandı və inqilab etmək üçün hərbi qruplar təşkil etdi. Abdul Rəhim əl-Hac Məhəmməd fələstin inqilabı qüvvələrinin rəhbəri təyin olundu. İnqilab Abdul Rəhim əl-Hac Məhəmmədin həmin ilin mart ayında qətlə yetirilməsindən sonra 1939-cu ilə qədər davam etdi.  

 

İsrail dövlətinin qurulması

1947-ci ildə Britaniya Fələstin problemini BMT-ına təqdim etdi, beləki BMT-də komitə yaradıldı və bu komitə Birləşmiş Millətlərin Fələstinə aid komitəsi “UNSCOP” adlandırıldı və bu 11 nəfər üzvdən ibarət komitə idi. Bu komitə öz məruzəsini 8 sentyabr tarixində yaydı. Komitə üzvlərinin əksəriyyəti bölünmənin həllini dəstəkləyirdi. Eyni zamanda qalan üzvlər federal həlli tövsiyyə etdilər. Ali Ərəb Təşkilatı bölünmə təklifini rədd etdi, lakin yəhudi agentliyi bölünməni qəbul etdiyini elan etdi. ABŞ, Sovet İttifaqı ardıcıl olaraq bölünməyə razılıq verdi. Britaniya hökuməti 29 oktyabrda ərəb və sionistlərin qəbul etdiyi  həllə nail olunmazsa 6 ay ərzində Fələstini tərk etmək əzmini elan etdi. Bundan sonrakı müddətdə bütün tərəflərdən hərbi əməliyyatların tempi yüksəldi. Sionistlərin araşdırılmış planları var idi , onları tətbiq etdilər və britanya qüvvələrinin çəkildiyi hər bir regiona nəzarət edirdilər. Həmin vaxt ərəblər Fələstini müdafiə etmək məqsədilə nizami ərəb ordusunu qurmaq üçün fəal proseslər göstərməkdə gecikmək səbəbi ilə hərbi böhran vəziyyətində idilər. Sionist qüvvələr bölünmə qərarında əldə edildiyindən də çox əraziləri işğal etməklə uğur qazandılar. Çoxlu sayda fələstinlilər döyüşlər və yaxud eşitdikləri qırğınlardan qorxmaq səbəbi ilə öz kənd və şəhərlərindən çıxarıldılar. 13 may 1948-ci ildə Hayim Vayzman Amerika Prezidenti Trumana məktub ünvanladı, məktubda ondan yəhudi dövlətini tanımaq vədinə sadiqliyini xahiş edirdi. 14 may günortadan sonra saat 4-də Təl-Əvivdə İsrail dövlətinin qurulduğu elan edildi. Britaniya Ali Komissarı Qüdsdəki öz rəsmi iqamətgahını tərk edərək Britaniyaya yola düşdü. 15 may tarixinin ilk dəqiqələrində Fələstin üzərijndə britaniya mandatlığı sona çatdı və qüvvədə olan İsrail dövlətinin yaradıldığı elan edildi. ABŞ bundan on dəqiqə sonra İsrail dövlətini tanıdı. Döyüş davam etdi, lakin indi İsrail dövləti ilə qonşu ərəb dövlətləri arasında müharibə başladı. Müharibənin sona çatması ilə İsrail real olaraq qaldı və Fələstini bölmə qərarında göstərildiyindən artıq ərazilərə nəzarət etdi. Fələstindən (Britaniya mandatlığının bölünməsinə görə) misirlilərin nəzarət etdiyi Qəzza zolağı istisna olmaqla bütün sahil boş yeri işğal etdi. Habelə bütünlüklə Naqab , Cəlil və Fələstinin şimalına nəzarət etdi. Şərqi Qüds regionları, Qərb sahili İordaniya Haşimi Krallığının bir hissəsinə çevrildi.            

   

 

 

oxunub: 1661 dəfə

Contact Us

Caspian Plaza, C.Cabbarli St.44, Baku AZ1065
Phone: (+994 12) 436-74-26, (+994 12) 436-74-28
Fax: (+994 12) 436-74-27
Email: palembaz@gmail.com, azemb@mofa-gov.ps

www.embassyofpalestine.az © 2012-2017
In social networks