Fələstin Dövləti Prezidenti Mahmud Abbasın Azərbaycan Respublikasına tarixi səfəri
Fələstin Prezidenti Mahmud Abbas qardaşı Prezident İlham Əliyevdən Azərbaycan Respublikasına 2011-ci il iyun ayında tarixi dövlət səfərini həyata keçirmək üçün dəvət almışdır. O Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan Hökuməti tərəfindən böyük hərarətlə qarşılanmış bu görüş əsnasında qarşılıqlı maraq doğuran məsələlər və problemlər ətrafında məsləhətləşmələr aparılmış və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə edilmişdir. Habelə Prezident İlham Əliyev Azərbaycanın Fələstin xalqına sabit və qeyd şərtsiz dəstəyini ifadə etmiş və ən qısa zamanda paytaxtı Şərqi Qüds olmaqla suveren , müstəqil Fələstin Dövlətinin yaradılmasına çağırmışdır. Bu səfər hər iki ölkə arasında mövcud olan əlaqələrə əlavə təkan vermişdir belə ki, mədəniyyət , ticarət, kənd təsərrüfatı, universitet təhsili və s. kimi bir sıra sahələrdə qarşlıqlı əməkdaşlıq üçün işlər həyata keçirilir.
Prezident Mahmud Abbasın Azərbaycan Respublikasına rəsmi səfərinin videosu və mətbuat konfransı:
https://www.youtube.com/watch?feature=player_embedded&v=iLjT7hRQuFI
https://www.youtube.com/watch?feature=player_embedded&v=wse6yO1FESs
Azərbaycan və Fələstini tarix, din, mədəniyyət olan çoxtərəfli qardaşlıq bağları birləşdirir. Bu sahələr hər iki xalq və rəsmi səviyyədə ikitərəfli əlaqələrə müsbət təsir göstərmişdir. Habelə Sovet Dövründən hər iki mərhum ümummilli lider Heydər Əliyev və Yasir Ərəfat arasında əlaqələr olmuşdur və bu əlaqələr Azərbaycan müstəqilliyini əldə etdikdən sonra daha da genişlənmiş və möhkəmlənmişdir.
Həmçinin Cənab Nazir Azərbaycan Respublikasının Baş Naziri Cənab / Artur Rəsizadə ilə də görüş keçirmişdir, belə ki Baş Nazir Rəsizadə hər iki ölkəni birləşdirən tarixi əlaqələrin dərinliyini qeyd etmiş və Azərbaycanın bütün beynəlxalq dairələrdə və bütün səviyyələrdə fələstin siyasətinə daim dəstək verdiyini vurğulamışdır. Öz tərəfindən Cənab / Dr. Əl Maliki qeyd etmişdir ki, Fələstin daimi olaraq Azərbaycanın bütün regional və beynəlxalq səviyyələrdə oynadığı Fələstinə dəstək vermə rolunu yüksək qiymətləndirir. O Azərbaycanın fələstin xalqına verdiyi maliyyə yardımlarını yüksək qiymətləndirmişdir. Habelə Cənab Nazir Azərbaycan Respublikası Parlamentinin rəhbəri Cənab / Oktay Əsədovla da görüşmüş, sonuncu Azərbaycanın daimi olaraq Fələstinə iqtisadi və siyasi dəstək verməyə hazır olduğunu bildirmişdir.
Habelə Cənab Nazir Azərbaycan Diplomatik Akademiyasının Rektoru Cənab / Hafiz Paşayevlə də görüş keçirmişdir və tərəflər qarşılıqlı maraq doğuran bir çox məsələləri, o cümlədən fələstin və azərbaycanlı tələbələr arasında akademik mübadilə məsələlərini müzakirə etmişlər.
Daha sonra Nazir Azərbaycan Diplomatik Akademiyasında fələstin problemindəki ən son yeniliklər barədə mühazirə ilə çıxış etmişdir. Mühazirəyə Azərbaycanda mövcud olan çoxlu sayda xarici diplomatlar, ərəb səfirləri, yerli təşkilatların nümayəndələri və həmçinin Akademiyada ali təhsil alan çoxlu sayda tələbə təşrif buyurmuşdur.
Cənab Nazir eyni zamanda Milli Məclisin də bir çox üzvlərinin iştirakı ilə Qafqaz Müsəlmanları İdarəsinin Rəhbəri / Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə də görüşmüşdür. Hər iki tərəf iki ölkəni birləşdirən ikitərəfli əlaqələrin mövcud olduğunu vurğulamışdır. Nazir Şeyxülislama Qüdsdəki islamın müqəddəs yerlərinin israil zorakılıqlarına məruz qaldığını qeyd etmiş və onu Məscidül Əqsada namaz qılmağa, Fələstinə səfər etməyə dəvət etmişdir.
Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov Fələstin Dövlətinə olan ilk tarixi rəsmi səfəri əsnasında Fələstin Baş Naziri Salam Fayyad və Fələstin Xarici İşlər Naziri Riyad Əl-Maliki ilə görüşmüşdür. Bu görüş hər iki xalq və ölkə arasında mövcud olan tarixi və qardaşlıq əlaqələrinin dərin olmasını təsdiqləyir. Belə ki ikitərəfli əlaqələr iki ölkə arasında artan inkişafın şahididir. Bu isə özü-özlüyündə paytaxtı Qüdsi Şərif olmaqla Fələstin Dövlətinin müstəqilliyi və suverenliyinə Azərbaycan Respublikasının prinsipial dəstəyini əks etdirir.
Prezident Adminstrasiyasının Rəhbəri Cənab Hüseyn əl-Arac İslam Əməkdaşlıq Təşkilatı ölkələri Strateji Araşdırmalar Mərkəzinin 2-3 mart tarixlərində təşkil etdiyi 3-cü forumunda Fələstin Dövlətini təmsil edərək iştirak etmişdir.
12-13 mart 2013-cü ildə Azərbaycan Respublikasında “Mülki müdafiə və cəmiyyətlərin qəza təhlükələrindən qorunmasına hazırlıq ” mövzusunda keçirilmiş beynəlxalq mülki müdafiə konfransında iştirak edən Fələstin Dövlətinin nümayəndə heyətinə Fələstin Mülki Müdafiəsinin Baş Direktoru Brigadier General Cənab Mahmud İsa başçılıq etmişdir. Belə ki o konfrans zamanı Azərbaycan Fövqəladə Hallar Naziri Cənab Kəmaləddin Heydərovla görüşmüşdür. Görüşdə hər iki nazir ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yollarına və qardaş Azərbaycan Respublikasının Fələstin Dövlətinə fələstin mülki müdafiə imkanlarını inkişaf etdirmək üçün edəcəyi mümkün kömək və dəstəyə toxunmuşdur.
Hesablama Palatasının baş direktoru Cənab Camal Əbu Bəkr 16-18 aprel tarixləri arasında Bakıda keçirilən dördüncü Eurosai /Arabosai konfransında iştirak edən fələstin nümayəndə heyətinə başçılıq etmişdir. Nümayəndə heyəti Fələstin Dövlətinin səfirliyinə baş çəkmiş və nümayəndə heyəti və Hesablama Palatası adından səfirliyə hədiyyə təqdim etmişdir.
Əmək Naziri Dr. Macdalani Prezident Mahmud Abbasın (Əbu Məzin) salamlarını çatdırdı və müxtəlif beynəlxalq dairələrdə fələstin probleminə Azərbaycan Hökumətinin verdiyi davamlı dəstəyə və xüsusilə keçən noyabr ayında fələstin tərəfinə öz səsini verməsinə görə və eyni zamanda Azərbaycanın İslam Dövlətləri Konfransını qonaq etmək üçün gələn iyun ayında Bakıda keçiriləcək hazırlığına görə təşəkkürünü bildirdi. Bu konfransda İslam Aman şəbəkəsinin Fələstin Dövlətinə yardımı nəzərdə tutulur.
“Vafa” fələstin xəbərlər agentliyinin rəhbəri Cənab / Riyad Əl-Həsən 1 noyabrda Bakıda keçirilmiş Beynəlxalq Hümanitar Forumda iştirak etmişdir. O Azərbaycan xəbər agentliyi “Azərtac”-ın rəhbəri Cənab / Aslan Aslanovla görüşmüş və ikitərəfli görüşdə hər iki agentlik arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yolları məsələsinə toxunulmuşdur. Cənab / Riyad Əl-Həsən Fələstin Dövlətinin səfirliynə də baş çəkmişdir, belə ki o səfir və səfirliyin heyəti ilə görüşmüşdür və səfirlikdəki işlərin gedişatı ilə tanış olmuşdur.
Fələstin Sosial İşlər Naziri Dr. Kamal əl-Şərafi və onu müşayiət edən nümayəndə heyəti Bakıda 11-12 noyabr tarixlərində keçirilmiş Uşaq Məsələləri üzrə Məsul Nazirlərin IV İslam Konfransında iştirak etmişdir. Konfrans əsnasında o Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Cənab / Səlim Müslümov və Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Xanım / Hicran Hüseynova ilə görüşmüşdür. Görüş əsnasında ikitərəfli əlaqələr və bu əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə edilmişdir. Bundan başqa Fələstin Dövlətinin Azərbaycan Respublikasının ümumiyyətlə sosial məsələlərdə və xüsusilə də uşaq məsələlərindəki təcrübəsindən necə istifadə etmək yollarına toxunulmuşdur. Nazirin başçılığı ilə nümayəndə heyəti Fələstin Dövlətinin Bakıdakı səfirliyinə də baş çəkmişdir və səfirlikdəki işlərin gedişatı ilə tanış olmuşdur.
Fələstin nümayəndə heyəti 02/12/2013-cü il tarixdə Bakıda keçirilən YUNESKO-nun qeyri-maddi irsinə həsr olunmuş konfransında iştirak etmişdir.
Fələstin nümayəndə heyəti may 2013-cü il tarixdə Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq konfransında iştirak etmişdir.