Qüds şəhəri dünyanın digər şəhərlərindən fərqlənən dini və mədəniyyət xüsusiyyəti ilə səciyyələnir. O üç səmavi dinləri qəbul edənlər arasında yüksək dini yerə məxsusdur. Bu xüsusiyyət onu daim konflikt və münaqişə mərkəzinə çevirmişdir. Xüsusi yerinə görə Qüds tarix keçdikcə onu dağıtmaq üçün 24 cəhdə məruz qalmışdır.
Qüds şəhəri tarixən çoxlu adlara layiq olmuşdur. Çox vaxt bu adın tarixi dövrü ilə bağlı olmuşdur. Onun kənani adı və ilk sabit adı “Yerusəlim” dir. Lakin qədimdə İliya adı ilə tanınmışdır. Nuh Əleyhissalamın oğlu İliya ibn Aram ibn Samın nisbəsi. Roma İmperatoru “Hadiryan” ın zamanında Qüdsə təkrar İliya adı verilmişdir. Onun adı “İliya Kapitolina” ilə əvəzlənmişdir. “İliya” adı çıxmışdır. O Hadriyanın ailəsinin ləqəbi idi və “Kapitolin Cubiter” o əsas roma ilahəsidir. “İliya” adı təxminən iki yüz il miladi 237-ci ildə vəfat etmiş İmperator “Konstantin” hakimiyyətə gələnə qədər hökm sürdü. O roma imperatorlarından xristianlığı ilk qəbul edən idi və imperatorluğun hər tərəfində xristianlığa rəsmi və xalq dini kimi istinad etdi. İliya adını ləğv etdi. O “Yerusəlim” və yaxud “Yeruşalim” m.ə.1842-1878-ci illərdə Firon üçüncü Siyuztris hökmranlığı dövründə olan kənani adını şəhərə geri qaytardı. Belə ki, ona üsyan edən şəhərlərdən biri idi.
Yerusəlim yaxud Yeruşalim sözünün əslini belə izah edənlər var ki, bu ad “Salim yaxud Şalim” hissələrindən ibarətdir və o ilahi adıdır. “Yeru” sözü isə “təsis etmək” , “tikmək” mənasını verir. O zaman adın mənası “Yerusəlim” yəni, onu Salim tikmişdir deməkdir. Deyilir ki, yəbusi məlikləri – onlar ən məşhur kənani qəbilələridir- m.ə.3000-ci ildə Qüds şəhərini ilk tikənlərdən olmuşlar. “Yəbus” adı ilə adlandırılmış və onun ən mötəbər məliklərindən biri “Mələki Sadiq” sülhə doğru xarakterik xüsusiyyəti ilə şöhrət tapmışdır və bununla da “Sülhün məliki” ləqəbini qazanmışdır. Buradan belə ki Salim şəhəri yaxud, “Yeru Şalim” şəhəri adı meydana gəmişdir. Şəhərə “Qüds” adı verilmişdir ki, bu da ALLAH-ın ən yaxşı adlarındandır. Həmçinin “Beytul Müqəddəs” adı ilə də adlandırılmışdır ki, bu da yəni ALLAH-ın evi deməkdir.
Qüds şəhərinin yerləşdiyi yer
1.Astronomik mövqeyi :
Qüds şəhəri 35 dərəcə uzunluq xəttində və 13 dəqiqə şərqdə, enlilik zolağı 31 dərəcə və 51 dəqiqə şimalda yerləşir.
2.Coğrafi mövqeyi :
Qüds şəhəri Qüds yüksəkliyindəki və fələstin ərazilərindəki orta silsiləsini göstərən dağ zirvələrinin üstündə mühüm coğrafi mövqeyi ilə səciyyələnir və Şimali Əqsadan Cənubi Əqsaya olan yüksəkliklərdən keçən əsas yollarla birləşir. Habelə orada enli yollar vardır ki, bu əsas yolları kəsib keçir və İordaniya vadisini Aralıq dənizi sahili ilə birləşdirir. Şəhəri şərq tərəfdən cəhənnəm vadisi (Qədrun), cənub tərəfdən isə əl-Ribana (Hənum), qərf tərəfdən (əl-Zəbl) vadisi əhatə edir. Qüds Ölü dənizdən 22 km, Aralıq dənizindən 52 km məsafə uzaqlıqda yerləşir. Habelə quru yoldan uzaq yollarla əhatə olunmuş dövlətlərin paytaxtları ilə, havadan isə Qalandiya aeroport yolundakı dünya dövlətləri ilə birləşir.
Mövqeyin əhəmiyyəti :
Şəhərin coğrafi mövqeyinin əhəmiyyəti bir çox ticarət yollarından keçən, eyni zamanda Fələstin və xarici aləmlə mərkəz rolu oynaması ilə səciyyələnir. Belə ki, şəhər qapalı şəhərdir və bu qapalılıq ona öz təbiətinin qorunması imkanını verir. Onun açıq olması isə ona digər qonşu dövlətlər və regionlarla əlaqə yaratmaq imkanını verirdi ki, bu da Fələstinin qalan yerlərinin və Qüds süqut etdiyi halda qonşu regionlarının işğalına gətirirdi. Bundan əlavə 3 din arasında mənəvi şüalanma mərkəzi kimi təşkil olunmuşdu. Bütün bunlar onun dini, hərbi, ticari və siyasi əhəmiyyətini təsdiq edir. Çünki bir çox ticari yollara nəzarət edən mərkəzi mövqeyi ilə həmçinin qonşu regionlarla əlaqə yaratmağa məhkum idi.
1921-ci il sərhədləri:
Qədim şəhərin hüdudları 400 m enlilik zolağını şəhərin hasarına şərq tərəfi uzunluğunu əhatə etmişdir. Bundan əlavə şimal tərəfdən Əhya (Bab əl-Sahirə, Vadil Cuz və Şeyx Cərah). Cənub tərəfdən isə sərhəd xətti yalnız şəhərin hasarında bitir. Sahəsi şərq tərəfinə iki dəfə bərabər olan qərb tərəfini isə sərhədlər əhatə etmişdir. Onu bəzi ərəb qruplarından başqa (əl-Qatmun, əl-Bəqə, əl-Fuqa, əl-Tahta, əl-Talibiyyə, əl-Variyyə, əl-Şeyx bədr və Maman ALLAH) böyük yəhudi qrupları əhatə etmişdir.
1946-1948-ci il sərhədləri:
Şəhərin hüdudlarının ikinci planı 1946-cı ildə qoyuldu. Onun paylanması aşağıdakı kimi idi :
•Ərəb mülkü 40 %
•Yəhudi mülkü 26.12 %
•Xristian kilsəsi mülkü 13.86 %
•Hökumət və bələdiyyə mülkü 2.9 %
•Dəmir yolları 17.12 %
1918-ci ildə yaşayış sahəsi 4130 dunmandan 1948-ci ildə 7230 dunmana qədər genişləndi. 1947-1949-cu illərdə bölünmə və beynəlxalqlaşma fikri yarandı, bölünmə qərarı ilə bir daha Qüdsün beynəlxalqlaşdırılması tövsiyyə edildi.
Qərarın mətni göstərirdi ki, Qüds (ayrıca region) olsun. İki dövlət arasında yerləşsin : ərəb və yəhudi və xüsusi beynəlxalq sistemə tabe olsun və bu xüsusda yaradılmış Məsləhət Şurası vasitəsilə BMT tərəfindən idarə edilsin. Lakin 1948-ci il müharibəsi və bölünmənin ardınca baş verən hərbi döyüşlərin artması şəhərin iki hissəyə bölünməsinə gətirib çıxardı. Onun sərhədləri atəşkəsin dayandırılması nəticəsində aşağıdakı kimi bölündü :
-2.220 dunman 11.48 % İordaniya nəzarəti altında olan fələstin regionları
-16.261 dunman 84.13 % işğal edilmiş fələstin regionları (qərb).
-850 dunman 4.40 % Haram regionları və BMT regionları.
1967-ci il sərhədləri :
1964-cü ildə və 1963-cü il seçkilərindən sonra Qüds şəhərciyinin sərhədlərinin genişləndirilməsinə dair tövsiyyə var idi ki onun ərazisi 75 km olsun. Lakin 1967-ci il müharibəsinin alovlanması layihəni dayandırdı və onun hüdudları 50-ci illərdə olduğu kimi qaldı. Amma qərbi Qüds qərb istiqamətinə və vəcnub qərb istiqamətinə doğru genişləndi. Onu yeni məhəllələr o cümlədən (Kiryat Yufel, Kiryat Manahim, Ayr Nahanim, Ayn Karim kəndləri, Beyt Safafa, Dəyr Yasin, Lafta və əl-Malihə) əhatə etdi ki onun sahəsi 38 km-ə çatsın.
1967-ci il müharibəsi ardınca sərhədlər :
1967-ci il müharibəsi alovlandıqdan sonra İsrail Qüdsü işğal etdi və 28/06/1967-ci ildə ərazinin daha böyük sahəsinə ərəb sakinlərindən az say olmaqla nəzarət etməyə yönələn israil siyasətinə uyğun olaraq Qüds şəhərciyinin sərhədlərinin genişləndirilməsi və birləşdirilməsi elan edildi.
Şəhərciyin sərhədlərinin rəsmi çəkildi və onun ərazisi 28 kənd və ərəb şəhərini əhatə etdi. Ərəb sakinlərinin yaşadığı bütün qruplar çıxarıldı. Bu sərhədlər gah bərabər xətlərlə (topoqrfaiya), gah da küçələrlə qəribə bir vəziyyət almağa başladı. Beləliklə şəhərciyin sərhədlərinin çəkilməsi üçün digər bir əhəmiyyətli dövr başladı. Qüds şəhərciyinin sahəsi 6.5 kvadrat km-dən 70.5 kvadrat km-ə qədər genişləndi ki, onun sahəsi birləşmiş olsun. (Şərq və Qərb 108.5 km). 1995-ci ildə Qüdsün sahəsi yenidən qərb istiqamətində genişləndi və onun sahəsi indi 123 km olsun.
Qüdsdə 1967-ci ildən sonra köçmə və şəhərin yəhudiləşdirilməsi siyasəti
Qüdsün işğal edilməsinin ilk anlarından bəri şəhərin yəhudiləşdirilməsi addımları atılmağa başladı və ardıcıl olaraq israil hökumətləri həm əl-Merac və həm də əl-Likud bu siyasətlə razılaşdı. Bu hədəfə çatmaq üçün taktiki və strateji proqramlar qoyuldu. Qüds şəhərçiyinin sərhədlərinin elan edilməsindən və onun 28/6/1967-ci ildə genişləndirilməsindən sonra və ərəb sakinlərindən ən az sayla ən böyük əraziyə nəzarət etmək üçün sionist siyasətinə uyğun olaraq Rahbaam Zaifi Muşi Diyanla koordinasiya edərək şəhərciyin sərhədlərini genişləndirdi, ərazilər 28 kənd və ərəb şəhərini əhatə etdi. Bütün ərəb sakinləri qrupları çıxarıldı, bu sərhədlər qəribə bir vəziyyət almağa başladı.
İşğalın ilk saatlarından etibarən , sionist dırmıqları Qüdsün yəhudiləşdrilməsi rəsmini çəkməyə başladı. Real iş görüldü, geosiyasi şərait yarandı. Belə ki, hər hansı bir coğrafiyaçıya, yaxud siyasətçiyə onun bir daha bölünüb yenidən geri qayıtması çətin gəlirdi. Şərqi Qüdsdə yəhudi məhəllələrinin tikilməsi üçün əsas məsələr qoyulmağa başladı. Orada Qüdsü bütün tərəflərdən əhatə edən silsilə düşərgələr salındı. Orada məskunlaşanlar yerləşdirildi ki, əhali seyrəkləşdirmə hadisələri məqsədilə əhali yaşayan və coğrafi bir mövqe yaransın. 1967-ci ildə əgər fələstinli sakinlər əksəriyyət təşkil edirdilərsə 1995-ci ildə azlığa çevrildi. Əgər onlar 100 % ərazilərə nəzarət edirdilərsə, Şərqi Qüds sahəsinin 35% nisbətində uzanan müsadirə əməliyyatlarından sonra indi həmin ərazilərdən 21 %-nə nəzarət etməyə başladılar.
•Qüdsə nəzarət etmə üsulları
İşğalçı dövləti Qüds şəhərində tamamlamağa çalışan yəhudiləşmə planı 3 dövrdə idi :
1.Birinci Qüds şəhərini öz ətrafından və ərəb müqəddəslərinin şəhərin milli və idari müəssiələrindən və onların birliyini qoruyan hər hansı bir fəaliyyətdən təcrid etmək.
2.Qovulma əməliyyatlarının proqramlaşdırlması və qanuniləşdirilməsi və müxtəlif vasitələrlə yerinə yetirilməsi.
3.Yəhudi məskunlaşanlarının cəlb edilməsinin izlənməsi və onların ərəb müsəlman müqəddəslərinin və xristianların yerinə köçürülməsi.
Qüdsdə israil metodunu izləyən müşahidə edir ki, yəhudi dövləti bütün səviyyələrdə Qüds üzərində real işin görülməsi əsasında işləyir. Öz mallarını regional və beynəlxalq sahədə satmağa çalışır və sonra regional və beynəlxalq kütləni Qüdsdəki yeni hadisələri qəbul etməyə sövq edir. Yəhudi Dövlətinin Qüdsdə etdikləri Beynəlxalq İctimaiyyət tərəfindən qəbul edilirdi və sionist nailiyyətləri kimi toplanırdı. Buna təcrid edilmiş divar misaldır. Qüdsə rəhbərlik etmək məsələsini qətiləşdirilməsinə cəhd çərçivəsində yəhudi dövləti Qüdsü öz fələstin ətarfından təcrid etmək üçün geniş siyasi, coğrafi, iqtisadi, sosial və demoqrafik həmlələr edir. Bunun üçün bütün cihazlarını, rəsmi və qeyri – rəsmi müəssisələrini, ölkənin daxilində və onun xaricindəki imkanlarını səfərbər edir. Müqəddəs şəhərin ətrafında ayrıca divar tikməklə bu istiqaməti və tamamən onun ətrafında olan düşərgə qurşaqlarını gücləndirdi. Bunu o ərəb məhəllələrin və qədim qəsəbənin mərkəzində düşərgə tikib, gücləndirməklə müşayiət edirdi.