Skip links

Bayraq

Bayraq Fələstin Dövlətinin və Milli Hakimiyyətin rəmzidir və xalqın çətiridir. 

Tarixi baxış : 

Fələstin bayrağı fələstinlilərin 20-ci əsrin ilk yarısından bəri öz milli maraqlarını ifadə etmək üçün istifadə etdikləri bayraqdır. 

Bu bayraq 3 eyni üfüqi zolaqdan ibarətdir (yuxarıdan aşağıya qara, ağ və yaşıl rənglərdir). Bayrağın girişində eyni olan qırmızı üçbucaq vardır, (Əsas hissə şaquli istiqamətdə uzanır). Üçbucağın başı üfüqi istiqamətdə bayrağın uzunluğunun 3/1-də  yerləşir.  

Hazırki bayrağı əl-Şərif Hüseyn təsis edib, çünki bayraq 1916-cı il ərəb inqilabının bayrağıdır. Fələstinlilər bu bayrağı 1917-ci il Fələstin Milli Hərəkatının simvolunda istifadə etmişlər. 1947–ci ildə Ərəb Baas partiyası bayrağı azadlığın və ərəb birliyinin bayrağı kimi izah etmişdir. 

Fələstinlilər 1948-ci ildə Qəzzada bayrağı fələstin konfransında yenidən qəbul etmişlər, belə ki bayraq Ərəb Dövlətləıri Liqası tərəfindənn tanınmışdır, çünki o bayraq fələstin xalqının bayrağı idi. 

28/5/1964-cü il ilk yığıncaqda Fələstin Milli Məclisi milli qətnamə irəli sürdü. Bu qətnamənin (27) -ci maddəsi göstərdi ki, Fələstin üçün bayraq, himn və and olmalıdır və onun rəngləri aşağıdakı kimi ardıcıllıqla müəyyən edildi : yaşıl ,ağ və daha sonra isə qara qırmızı üçbucaqla.  

1/12/1964-cü ildə Azadlıq Təşkilatının İcraiyyə Komitəsi bayraqla bağlı onun ölçülərini və uzunluqlarını müəyyənləşdirən xüsusi nizamnamə irəli sürdü. Yaşıl və qara rəng digərinin yerində oldu. 1/1/1965-ci ildə fələstin inqilabının başlanması ilə bayraq onun şüarı seçildi və 15 noyabr 1988-ci ildə Fələstin Azadlıq Təşkilatı bu bayrağı Fələstin Dövlətinin bayrağı qəbul etdi. 

Göstərilir ki ağ və qara rənglər hər ikisi bayraq idilər və Məhəmməd Peyğəmbərin dövründə qaldırılırdı. Habelə qara bayraq da cahillikdə intiqam almağın rəmzi kimi qaldırılırdı.Habelə Abbasilər qara bayrağı Hüseyn ibn Əlinin Kərbəlada qətl edilməsinin intiqamını xatırlamaq üçün özləri üçün bayraq götürmüşlər. Ancaq yaşıl rəngi fatimilər öz vəliləri Əli ibn Əbu Talibin rəzmi üçün yüksəltmişlər . Əli ibn Əbu Talib yaşıl örtüyü Rəsulun yatağnda yatarkən Məkkədən Yəsraba mühacir olaraq gedəndə gizli olaraq üzərinə örtmüşdür ki, “müşriklər” onun yoxa çıxmasını bilməsinlər.

Əməvilər dövründə onlar ağ rəngi Bədr döyüşünün bayrağı kimi xatırlamaq üçün bayraq kimi qəbul etmişlər.  Amma qırmızı rəngi Xəlifə Osman ibn Affanın sui-qəsdindən sonra üzə çıxan ilk qruplar olan Xəvariclər q\əbul etmişlər. Bununla onlar ilk qruplar olan “əl-Cumhuriyyə”-ni təsis etmişlər və müsəlman fatehlər Afrikanın şimalı və Əndəlusa qırmızı bayraqları aparmışlar. Həmçinin qırmızı rəng “yüksək yer şərəfi” və haşimilərə işarə edir. 

Fələstin bayrağı Britaniya mandatı dövründə : 

Fələstin bayrağı o əsasla istifadə edilmişdir ki, bu bayraq britaniya mülki bayrağıdır. Qırmızı rəng Kantonda birlik mənasını verirdi və vilayət (Fələstin) adı ilə olan ağ dairə ingilis dilində daxildən naxışlı idi və bu bir qədər qeyri-adi idi. Nəzərə alınsa ki Britaniyanın Afrikada, Asiyada olan digər bütün ərazilərindəki bayraqları göy rəngdə olan bayraqlar idi. O vaxt ki qırmızı nümunə Avropada və Şimali Amerikada əsas olaraq istifadə edilirdi.

Bu bayraq əsasən o vaxt hökumət müəssisələrinin işlətdiyi bayraq idi. Onun istifadə müddəti mandatlıq dövrünün 1948-ci ildə bitməsi ilə başa çatmışdır. 

Fələstinlilər bu bayrağı xalq olaraq və ya rəsmi olaraq qəbul etməmişlər. Bu bayraq ancaq mandat hökumətinin nəzdində olan dövlət müəssisələrinin üzərində qaldırılırdı. 

Bayrağın siyasi rəmzi də var idi. Orada böyük istək və ən yüksək səviyyələrdə oyandıtrma var idi. 2005-ci ildə (29) nömrə ilə 3-12-2005 və 22-12-2005-ci il tarixlərində bayrağın tərəflərini təyin etməyə dair prezident fərmanı çıxmışdır. Fələstin bayrağı şərəfinə 2005-ci il 22 nömrəli qanun çıxdı, bu qanun bayrağın rənglərini, ölçülərini, ona hörmət keyfiyyətini və harada qaldırılacağını və qanunun bəndlərinə zidd olan kəsə cəzaları müəyyən edirdi.   

Milli bayraq dövlət binalarında, aeroportda, hərbi bazalarda, Fələstinin daxili və xarici inşaat binalarında qaldırıldı. Bayraq həmçinin gündüz olduğu kimi gecə də qaldırlırdı.     

This website uses cookies to improve your web experience.