Skip links

Sənədləri təsdiq etmə

Təsdiqi konsul və ya buna hüquq verilmiş diplomat və ya rəsmi qurumlar tərəfindən təsdiq edilən, hüquq verilmiş əməkdaş ona təqdim edilmiş sənədə istifadə etməkdə qanuni və rəsmi forma vermək üçün üzərindəki imza və möhürün doğruluğunu qərara aldıqdan sonra həyata keçirir.  
 
a) Azərbaycandakı Fələstin səfirliyinin konsulluq bölməsi Fələstin Xarici İşlər Nazirliyinin imzası və möhürü ilə bitən, bir neçə rəsmi fələstin təsdiqlərini əhatə edən, aidiyyatı qanun və sistemlərə müxalif olmadığına əmin olduqdan sonra Fələstindən gəlmiş bütün növ sənədləri, etibarnamələri təsdiq edir. Daha sonra bu sənədlər təsdiq edilmək üçün Azərbaycandakı Fələstin səfirliyinə təqdim edilir, sonra isə Azərbaycan Xarici İşlər Nazirliyində təsdiq edilir, daha sonra isə Azərbaycanda istifadə edilmək üçün təqdim edilmiş sənədin növünə uyğun olaraq Azərbaycan nazirliklərində təsdiq edilir.   
 
b) Azərbaycandakı Fələstin səfirliyinin konsulluq bölməsi Azərbaycan Xarici İşlər Nazirliyinin imzası və möhürü ilə bitən, silislə olaraq rəsmi azərbaycan təsdiqlərini əhatə edən, aidiyyatı qanun və sistemlərə müxalif olmadığına əmin olduqdan sonra Azərbaycandan gəlmiş bütün növ sənədləri, etibarnamələri təsdiq edir, daha sonra bu sənədlər təsdiq edilmək üçün Azərbaycandakı Fələstin səfirliyinə təqdim edilir, sonra isə Fələstin Xarici İşlər Nazirliyində təsdiq edilir, daha sonra isə Fələstində istifadə edilmək üçün təqdim edilmiş sənədin növünə uyğun olaraq Fələstin nazirliklərində təsdiq edilir.  
 
c) Üzərində hər hansı cızma, pozma, qaralama və digər bu kimi halların olduğu sənədin təsdiqlənməsinə yol verilmir.
 
d) Səfirliyə təqdim edilmiş sənədin mövzusu təsdiq edilməzdən əvvəl dəqiq şəkildə yoxlanılmalı və əmin olunmalıdır ki bu sənəd Azərbaycan və Fələstin dövlətlərinə pislik etməyi və toxunmağı əhatə etmir. 
 
e) Əgər sənədlər Fələstindən ərəb dilində çıxıbsa və o Azərbaycanda istifadə ediləcəksə , Fələstində məsul tərcüməçi tərəfindən ingilis dilinə tərcümə edilməli, Fələstin Ədliyyə Nazirliyi tərəfindən, daha sonra isə Fələstin Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilməli, sonra isə Azərbaycandakı Fələstin səfirliyi tərəfindən təsdiq edilməli, daha sonra isə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilməli, sonra isə Azərbaycanda istifadə edilmək üçün təqdim edilmiş sənədin növünə uyğun olaraq Azərbaycan qurumları və nazirliklərində təsdiq edilir. Ancaq Fələstində istifadə etmək üçün Azərbaycandan azərbaycan dilində çıxmış sənədlərə gəlincə , bu sənədlər Azərbaycanda məsul tərcüməçi (notarius) tərəfindən ərəb və ya ingilis dilinə tərcümə edilməlidir. Sonra isə Azərbaycan Ədliyyə Nazirliyi əsli ilə eyni olan tərcümə edilmiş sənəd çıxarır, Ədliyyə Nazirliyində təsdiq edilir, bundan sonra isə tərcümə edilmiş bu sənəd Azərbaycan Xarici İşlər Nazirliyində təsdiq edilir, sonra isə Azərbaycandakı Fələstin səfirliyində təsdiq edilir , daha sonra isə Fələstində istifadə edilmək üçün təqdim edilmiş sənədin növünə uyğun olaraq Fələstin Xarici İşlər Nazirliyi və həmçinin Fələstin nazirlik və qurumlarında təsdiq edilməlidir. 
This website uses cookies to improve your web experience.