Əhali
Fələstinlilərin sayı (2008-ci ilin ortası) təqribən 10.5 milyondur. Onlardan təqribən 5 milyon fələstinli tarixi fələstin regionunda (təxminən 1.2 milyon İsrailin daxilində, 2.4 milyon isə Qərb sahilində, 1.4 milyon isə Qəzza zolağında) yaşayırlar. Eyni zamanda təqribən 3.2 milyon fələstinli İordaniyada və 1.7 milyon isə Livan , Suriya, Misir və digər ərəb ölkələrində yayılmışlar. Təqribən 600 min isə əcnəbi dövlətlərdədi.
Həqiqətən fələstinlilərin çoxu müsəlman ərəbdirlər. Lakin çox az hissəsi xristiandırlar və onlar ortodoks, katolik, maruni, süryani və digər müxtəlif kilsələrə və tayfalara aid edilirlər. Orada samiriyyə tayfası vardır ki, bu tayfanın əhalisi Holon (Yaşıl xəttin daxilində) və Nablus şəhərinin cənubundakı Cəbəl Cərzim regionlarında yaşayırlar. Habelə Fələstində kürdlər, arnautlular, başnaqlar, çərkəslər, dumlar, ermənilər ,afrikalılar kimi etnik icmalarn yaşayırlar. Əksər ərəb əhalisi ilə fələstin ictimaiyyətinin üzvi parçası təşəkkül tapmış və onlar onu zənginləşdirmiş və çeşidli etmişlər.
Statistik məlumatlar göstərir ki, 1948-ci ildə fələstinlilərin sayı 1.4 milyon əhaliyə çatmış, eyni zamanda 2008-ci ilin yarısında fələstinlilərin sayı təqribən 10.5 milyon qiymətləndirilmişdir. Bu o deməkdir ki, dünyada fələstinlilərin sayı 1948-ci il bədbəxtliyindən bəri 7.5 dəfə azalmışdır. Ancaq çay və dəniz arasında məskunlaşan fələstinlilərə gəldikdə məlumatlar göstərir ki, tarixi fələstində yaşayan fələstinlilərin ümumi sayı 2007-ci ilin sonunda təqribən 5.5 miyon yəhudi müqabilində 5.0 milyona çatmışdır. 2007-ci ildə əhalinin, yaşayış məskənlərinin, tikililərin ümumi artımının nəticələrinə əsasən əhalinin sayına yenidən baxılması çərçivəsində ehtimal olunur ki, 2016-cı ilin başlması ilə çay və dəniz arasında yaşayan yəhudi və fələstinlilərin sayı bərabər olacaqdır.
Statistik məlumatlar göstərir ki, fələstinlilər arasında qaçqınların sayı dünyadakı fələstin əhalisinin yarısından çoxuna gəlib çatır. Bu özlüyündə təqribən fələstin ərazilərində fələstinlilərin mövcud olması əks etdirir. 2007-ci ilin sonuna qədər yardım agentliyinin qeydlərinə görə İordaniya, Suriya, Livan və fələstin ərazilərində qaçqınların sayı təqribən 4.6 milyon qaçqına gəlib çatmışdır, onlar 42% İordaniya, 10 % Suriya , 9 % Livanda , Qərb sahilində 16 % , Qəzza zolağında 23 % paylanmışlar. Onların təqribən 3-də bir hissəsi 59 çadırda yaşayır ki, bu çadırlar İordaniyada 10 çadır , 10 çadır Suriyada, 12 çadır Livanda, 19 çadır isə Qərb sahilində, Qəzza zolağında isə 8 çadırdır. Fələstinlilərin İordaniyada orta əhali sayı təqribən 5.1 nəfərə çatmış, eyni zamanda 4.1 nəfər Suriya və 3.8 nəfər Livandadır.
Digər tərəfdən 2007-ci il tikililərin, yaşayış yerlərinin, əhalinin ümumi çoxalmasının nəticələri göstərir ki, fələstin ərazilərində əhalinin sayı 1/12/2007-ci ildə 3.76 milyon nəfərə çatmışdır. Onlardan 2.34 milyon Qərb sahilində, təqribən 1.42 milyon Qəzza zolağındadırlar. Digər tərəfdən Qüds rayonunda əhalinin sayı təxminən 2007-ci ildə 363 min nəfər olmuşdur. Onların təqribən 60%-i İsrailin 1967-ci ildə Qərb sahilini zorla işğal etdikdən az sonra əhatə etdiyi rayonun bu hissəsində yaşamışlar. Habelə 2007-ci il məlumatları göstərmişdir ki, 44.6% fələstinli sakin fələstin ərazilərində qaçqındırlar. (Təqribən 1.7 milyon qaçqın). Onlar 31.0 % Qərb sahilində, 67.6 % Qəzza zolağında paylanmışlar. Fələstin ərazilərində münbitlik əgər hazırda digər ölkələrdə hökm sürən səviyyəlrlə müqayisə edilərsə yüksək hesab edilir. 2006-cı ildə fələstin ərazilərində bütün münbitlik göstəricisi 4.6 –ya çatmışdır. Onun 4.2-si Qərb sahili və 5.4 Qəzza zolağındadır.